Bu münasibətlə avtoidmanın ən nüfuzlu nümayəndələri – Məhəmməd ben Sulayemdən tutmuş Maks Ferstappenə, Lüis Hemiltona qədər – son günlərdə Azərbaycan paytaxtında olub.
Bir çox belə tədbirlərdə olduğu kimi, yenə də ölkədə avtoidmanın bilicisi olan jurnalistlər “unudulub”. Belələrindən biri Rəhim Əliyev “feysbuk” hesabında olaya belə münasibət bildirib:
“Ölkədə dövlət televiziyasında avtoidman yarışlarının iki şərhçisi var. Ölkədə mütəmadi olaraq avtoidmandan yazan 2-3 jurnalist var. Ölkədə baş tutan avtoidman tədbirinə bu jurnalistlər dəvət olunmurlarsa, əksinə, avtodimanın A hərfindən xəbəri olmayanlar başda otururlarsa, Bəxtiyar Vahabzadə demişkən, tüpürüm sizin tədbirinizə".
GÜNAY SÜLEYMANOVA


