“Qəbələ”nin futbolçusunun durumuna aydınlıq gəldi

3.12.2023 22:50 231
Premyer-liqa
“Qəbələ” Misli premyer-liqasının 15-ci turunun sabah keçiriləcək oyununda “Qarabağ”ın qonağı olacaq. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

“Football-plus.az” xəbər verir ki, səfər qarşılaşmasının hazırlığına “qırmızı-qaralar”ın bir futbolçusu qatılmayıb. Feras Abu Akal bərpa prosesi keçir. Emil Səfərov isə artıq komanda ilə birgə məşq edir.

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Qəbələ” görüşü saat 19.30-da başlayacaq.