• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Komandada oynayan təkcə Emin deyil”

Premyer-liqa / Manşet

3-12-2023, 22:0

Misli premyer-liqasında 15-ci tur davam edir.

“Football-plus.az” xəbər verir ki, “Neftçi” “Zirə”ni qəbul edib - 1:0. Matçdan sonra meydan sahiblərinin çalışdırıcısı Adrian Mutunun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Çətin oyun oldu. "Zirə" yaxşı təşkilatlanmış komandadı. İlk yarıda bərabərsəviyyəli oyun gedirdi. İkinci hissədə daha yaxşı idik. Futbolçularımı meydandadakı davranışına və yanaşmasına görə təbrik edirəm. Onlar döyüşkən ruh göstərdilər. Məni daha da sevindirən amil odu ki, meydana sonradan daxil olanlar özlərini yaxşı tərəfdən göstərdi. Hər biri komandaya xeyir verdi. Sonda bu cür çətin oyunda qalib gəldik”.


- Özünüz də hücumçu olmusuz. Komandanın bombardiri müdafiəçidi, Yuri Matias. Hücumçular isə qol vura bilmir. Lukas Melano, Andre Şinyaşiki və Aaron Olanare "Neftçi"ni irəliyə aparacaq hücumçulardı?
- Səmimi desəm, onların meydandakı davranışları məni qane edir. Əlbəttə, qol vurmamaqları məni narazı salır. Hər məşqçi istəyər ki, hücumçuları qollar vursun. Çünki onlar qollar vurmağa başlasalar, dərhal komandaya yaxşı təsir edər. İstəmirəm hər oyundan sonra təkrarlayım. Amma hazırkı vəziyyət belədi.

- Mark Tamaş və Kenni Sayef əsas heyət üzvləri idi. Onlar niyə oynamır?
- İndiyə qədər bütün oyunçulara şans vermişəm. Sözsüz ki, ilk onbirliyi seçəndə, çalışıram ki, ən yaxşılarını bura daxil edim. Mark və Sayef yaxşı məşq edirlər, komandanın bir hissəsidilər. Məşqçi olaraq bu oyun üçün seçimim belə oldu. Rəhman Hacıyev tək qola görə yox, oyuna görə də məni sevindirdi. Biz bir komandayıq, fərq etmir kim 30 dəqiqə, kim az oynayır. Hamı komandaya xeyir verməyə çalışmalıdı. Hər oyunçu dərk etməlidi ki, biz bir komandayıq, bura "Neftçi"di, heç kim özünə görə oynamır. Öz oyunçularıma həmişə deyirəm ki, onlar komanda şəklində oynasalar, hər matçda qələbə qazanarlar. Bu gün də komanda şəklində çıxış etdik.

- Qışda komandadan gedəcək oyunçuları müəyyənləşdirmisiz?
- Bu suala keçən həftə oyundan sonra konfransda cavab vermişəm. Analiz olunur, hələ qış fasiləsinə 20 gündən çox vaxt var.

- Oyunboyu azarkeşlərin etirazı var idi. Sizcə ədalətli idi və sizə müsbət və ya mənfi təsiri oldu?
- Azarkeşlər orada necə istəyirlər, davrana bilərlər. Hər birimiz bilirik ki, biz daha çoxunu verə bilərik. Ona görə onlar narazılıqda haqlıdılar.

- Rza Cəfərova şans verirsiz. İvan Brkiç sağaldıqdan sonra da gənc qolkiper oynayacaq?
- Futbol elədi ki, şans gələndə, düzgün yararlanmaq lazımdı. Hazırda Rza ona verilən şansdan maksimum yararlanır. Deyə bilmərəm ki, növbəti matçlarda necə olacaq.

- Rəhman Hacıyev meydana sonradan daxil olub, vacib qollar vurur. Belə çıxır ki, onu "coker" kimi meydana buraxmaq xeyirlidi?
- Oyuna əvvəldən başlayandan da ondan razı qalırdım. "Sabah"la matçda qolu var idi. Beş qol vurub. Ən məhsuldar futbolçumuzdu, amma nominal hücumçu deyil. Söhbət 11 oyunçudan yox, "Neftçi"dən gedir. Hər bir futbolçu komandaya xeyir verməlidi. Oyunçularıma o gözlə baxmıram ki, bu ilk onbirliyin üzvüdü və ya əvəzetmədən meydana daxil olan. Hamısına eyni gözlə baxıram. Futbolçu olanda da məşqçilər tərəfdən belə yanaşma görməmişəm.

- Qol vurduqdan sonra futbolçularınız daha çox yerə yıxılmaq və vaxt aparmaqla məşğul idi...
- Düşünmürəm ki, siz dediyinzi kimi futbolçularım vaxt itirirdilər. Sadəcə onlar həmin dəqiqəni daha yaxşı idarə edirdilər. Bununla bağlı yaxşı təcrübəmiz var. Bu, futbolçuların özünün "bicliyi" idi. "Araz-Naxçıvan"la oyunda düzgün nəzarət etsəydilər, üç xal qazanardıq. "Sabah"la matçda da həmçinin bir xal qazanardıq. Artıq futbolçularım öyrənir ki, dəqiqəni necə idarə etmək lazımdı.

- Eddi İsrafilov intizamsız futbolçudu. Onun intizamsızlığınını aradan qaldırmaq üçün tədbirlər görürsüz?
- Hər dueldə çox istəklidi ki, qələbə qazansın. Ola bilsin ki, ona görə bəzi duellərə çox tələsik gedir. Kartlardan da bir az narahat olmalıdı. Çünki komandaya zərər vura bilər. Xoşlayıram ki, həmin mövqedəki oyunçular aqressiv olsunlar. Pozitiv mənada aqressiv deyirəm. Uzun müddət zədəli olub, yeni qayıdıb, bərpa olunur. Düzgün yoldadır. Daha çox oyun lazımdı ki, ritmə düşsün. Ona görə də bir az formadan uzaqdı. Duellərə gecikə bilər.

- Heyət stabil olarsa, nailiyyət özü gəlir. Ancaq düşünmürəm ki, "Neftçi"də stabil heyət var. Sizcə, nailiyyətin açarı stabil heyətdi?
- Nəticələrdə davamlılıq olsa, ilk onbirlikdə də stabillik olacaq. Siz mənim yerimdə olsaz, qələbə qazanmasanız, dəyişiklik etməzsiz? Keçən oyundan fərqli olaraq iki dəyişiklik edildi. Adaptasiyam artıq bitir. Futbolçular da necə davranmalı olduqlarını bilməlidir. Bəzi oyunlara baxsaq, bəxtsizliklə qarşılaşmışıq. Bu komandanın potensialını bilirəm. Hücumçular geridədilər. "Zenit"lə oyunda qalib gəldikdən sonra baxırsan ki, "Sumqayıt"a uduzursan. Bu, narahat edən məqamdı. Bu haqda oyunçularla danışıram. Burda açıqlamayacam. Nəticələrdə davamlılıq olmalıdı. Oyunçuların köməyi ilə bunun öhdəsindən gələrik.

- Emin Mahmudovun ötən mövsümlə müqayisədə və ya millidəki performansı ilə "Neftçi"dəki arasında niyə belə fərq var? Motivasiyasızdı?
- Düşünürəm ki, bütün məsuliyyəti Eminin üzərinə atmayaq. Ən yaxşı milli oyunçumuzdu. Hamı onun üzərinə böyük təzyiq yaradır ki, Emin xüsusi nəsə etməlidir. Hər şeyi onun üzərinə atmaq ədalətli olmaz. Çünki komandada oynayan təkcə Emin deyil. Məşqlərə yanaşması, davranışı çox peşəkar səviyyədədi. Çox motivasiyalıdı. Sizə əminliklə deyə bilərəm ki, komandada hamıdan çox o istəyir qollar vursun, "Neftçi"yə xeyir versin. Ümid edirəm ki, növbəti oyunlarda buna nail ola biləcək. Bəlkə bizim də hansısa səhvimiz var ki, topu ona düzgün şəkildə gətirib çatdıra bilmirik və o da düzgün istifadə edə bilmir.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

20-08-2023, 22:0

"Vacib olan komandanın qələbə üçün sona qədər mübarizə aparmasıdı"

Premyer-liqa / Manşet

26-11-2023, 20:0

"Dünyanın ən uğursuz məşqçisiyəm"

Premyer-liqa

23-09-2023, 19:0

"Zirə" - "Neftçi": START HEYƏTLƏRİ

Premyer-liqa / Manşet

26-11-2023, 20:0

"Zirə"nin aşkar üstün olması fikri ilə razılaşmıram"

Premyer-liqa / Manşet

29-10-2023, 22:0

“Bu qələbə bizim üçün çox önəmli idi”

Premyer-liqa / Manşet

3-03-2023, 19:0

"Oyunçularımı təbrik edirəm"

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 219
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 156
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə