Ölkə çempionatında 3-cü tura start verilir

28.11.2023 11:34 194
İdman
Qadın voleybolçular arasında ölkə çempionatında növbəti oyunlar keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, yüksək liqada 3-cü turun qarşılaşmaları bu gün və sabah baş tutacaq.

Bu gün turun iki qarşılaşması keçiriləcək. “Milli Aviasiya Akademiyası” komandası “Abşeron”la üz-üzə gələcək. Görüş saat 15.00-da başlayacaq. Üç saat sonra isə “Gəncə” klubu UNEC-in qonağı olacaq.

Sabah isə turun son matçı “Azərreyl” və “Murov Az Terminal” komandaları arasında olacaq. Oyunun start fiti saat 15.00-da veriləcək.

Qeyd edək ki, hər üç oyun Bakıda GİN-nin Voleybol Mərkəzində keçiriləcək.