UEFA “Marsel”ə sanksiya tətbiq edib.
Fransa klubu Çempionlar Liqasının qrup mərhələsinin “Sportinq”lə ev oyununu boş tribunalar şəraitində keçirəcək. Buna qrup mərhələsinin 2-ci turunun “Ayntraxt”la (Frankfurt) oyununda (0:1) “Velodrom” stadionunda yerli azarkeşlərin iğtişaş salması səbəb olub. UEFA “Tottenhem”lə ev oyununda “Marsel”in fanat tribunasını bağlamaq qərarını da verib.
Xatırladaq ki, “Marsel” bir müddət əvvəl bir avrokubok oyununa azarkeşlərin buraxılmasına şərti qadağa ilə cəzalandırılmışdı.