• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mirzov 2 – “Zenit” 1

Aktual / Ölkə futbolu

21-11-2023, 18:0

Milli fasilənin “Neftçi” üçün faydalı olduğunu söyləyə bilərik. Flaqman bu müddətdən istifadə edərək noyabrın 18-də Rusiyanın ən titullu klubu olan “Zenit”lə yoxlama oyunu keçirdi. Özü də Bakıda. Düzdü, Sankt-Peterbuq təmsilçisi Bakıya oyundan bir gün qabaq gecə radələrində gəldi. Heç Bakıda oyunöncəsi məşqə də çıxmadı. Hiss olunurdu ki, “Zenit” bu görüşü o qədər də ciddiyə almır.

Uzun vədə yetişdi. Oyundan 1 saat əvvəl “Bakcell Arena”daydıq. “Neftçi”nin mətbuat xidməti “Zenit”lə matçla bağlı maraqlı təbliğat işləri görmüşdü. Hətta klubun sabiq üzvü Ruslan Abışov üçün vida mərasimi keçiriləcəyi də bildirilmişdi. Lakin bu işə yaramamışdı. Stadiona 4 minə yaxın azarkeş təşrif buyurmuşdu. Təşkilatçılıqla bağlı bir sıra problemlər var idi. Məsələn, “Zenit”in avtobusunu qarşılayan “Neftçi” nümayəndəsi yox idi. Rusların iki avtobusu azarkeşlər üçün nəzərdə tutulan qapıdan stadiona daxil oldur. Yaxşı ki, fanatlar rəqibə münasibətdə qeyri-etik hərəkətlər etmədi.

Oyunöncəsi tədbir olduqca maraqlı idi. Ruslan Abışov flaqmanın əsas heyətində meydana çıxdı. “Ağ-qaralar”ın əfsanəsi Samir Ələkbərov ona plaket hədiyyə etdi. Azarkeşlər Ruslanı yanına çağıraraq onları alqışladı. Qeyd etdiyimiz kimi, müdafiəçi qısa müddət meydanda qaldı. Adrian Mutu onu Azər Salahlı ilə əvəzlədi. Ruslan azarkeşlərə doğru gedərək onları alqışladı. Müdafiəçi gözyaşları ilə meydanı tərk edərək futbolla vidalaşdı.

Bununla da əsl futbol matçı başladı. Rumıniyalı mütəxəssis çətin duruma düşmüşdü. Emin Mahmudov, Eddi İsrafilov, Höccət Haqverdi, Fərid Yusifli kimi futbolçuları yığmaların düşərgəsində idi. İvan Brkiç, Emil Balayev, Qara Qarayev və Filip Ozobiç zədəli olduğu üçün qarşılaşmada iştirak edə bilmirdi.
Lakin rumıniyalı meydana ən ideal heyəti buraxmışdı. Rza Cəfərov qapıda dayanmışdı. Müdafiənin solunda Azər Əliyev çıxış edirdi. Mərkəzdə Azər Salahlı ilə Yuri Matias oynayırdı. Sağda isə Ervin Koffi yer almışdı. Dieqo Valdes dayaq yarımmüdafiəçi funksiyasını yerinə yetirirdi. Rezuian Mirzov sol, Rəhman

Hacıyev sağ cinah vingeri kimi çıxış edirdi. Andre Şinyaşiki pleymeykerlik edirdi. Aaron Olanere ilə Lukas Melano komandanın qol ümidi idi.
İlk dəqiqələrdən “Neftçi” yaxşı oyun sərgiləməyə başladı. Hücuma atılan bakılılar azarkeşləri təəccübləndirirdi. 9-cu dəqiqədə hesab açıldı. Rusiyalı vinger Mirzov driblinqləri ilə “Zenit” müdafiəçilərini çaş-baş salaraq topu qapıya göndərdi. Qonaqlar nəyin baş verdiyini anlaya bilmirdi. “Neftçi” azarkeşlərin dəstəyi ilə üstün oyun sərgiləyirdi. Sadəcə, hücum xəttində yer alan futbolçular zəif performans sərgiləyirdilər. Digər mövqelərdə çıxış edənlər isə hər şeyi qaydalara uyğun edirdi.

Birinci hissədə komandaların hesabı dəyişmək üçün yetərincə şansı oldu. Lakin tərəflər fərqlənə bilmədilər. Fasilədən sonra “Zenit” daha istəkli təsir bağışlamağa başladı. İlk 10 dəqiqədə ruslar “Neftçi”ni təzyiq altında saxlaya bildi. Bunun nəticəsində hesabı bərabərləşdirdilər. 56-cı dəqiqədə Du Keyros fərqləndi. Qol vurulan zaman “Neftçi”nin mərkəz müdafiəçilərinin səhvi diqqət çəkdi. Hesab bərabərləşəndən sonra bakılılar daha istəkli oynamağa başladı. Komandanın sol cinahı olduqca fəal idi. 62-ci dəqiqə Mirzov həmyerlilərini Bakıya gəlməyə peşman etdi. Rusiyalı gözəl reydini baxımlı qolla tamamladı.

Qalan dəqiqlərdə tərəflər qol vurmaq üçün çox çalışdı. Bu məsələdə “Zenit”in futbolçuları istəkli görünürdü. Lakin “Neftçi”nin müdafiəçiləri diqqətli oynayaraq qələbəni əldən vermədi. Son dəqiqədə İsmayıl Zülfüqarlı fərqi artıra bilərdi. Lakin əlinə düşən ideal şansdan yararlana bilmədi.
Beləliklə, “Neftçi” yoldaşlıq görüşündə Rusiyanın ən titulu klubunu 2:1 hesabıyla məğlub etdi. Yuxarıda qeyd etdiyimiz kimi, bu qarşılaşma flaqman üçün faydalı olacaq. Futbolçular gördülər ki, heyətdə çatışmazlıqlar olsa da, “Zenit” kimi rəqibi məğlub edə bilirlər. İndi qalır toparlanaraq çempionat matçlarında normal nəticələr əldə etmək. Hər halda, qış fasiləsinə kimi vəziyyətə düzəldərək çempionluq mübarizəsinə qoşulmaq olar.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

18-11-2023, 23:0

"Neftçi" "Zenit"ə qalib gəldi

Aktual

16-11-2023, 16:0

"Zenit" Bakıya tələm-tələsik gəlib-gedəcək

Aktual

1-07-2023, 11:0

"Neftçi"nin oyununa nə qədər bilet satılıb?

Ölkə futbolu

13-11-2023, 16:0

“Neftçi” “Zenit”in azarkeşləri üçün xüsusi sektor ayıracaq

Dünya futbolu

27-12-2022, 11:0

"Zenit"in sabiq üzvü dünyasını dəyişdi

Ölkə futbolu

3-11-2023, 00:0

"Neftçi" - "Zenit" matçının başlama saatı müəyyənləşdi

Aktual
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
Son xəbərlər
  • Bu gün, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Bu gün, 12:30
    “Barselona”nı tərk etdi
  • Bu gün, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Bu gün, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Bu gün, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Bu gün, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Bu gün, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Bu gün, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Bu gün, 10:00
    İtaliyada komandasını dəyişdi
  • Bu gün, 09:40
    Bu gün Qəbələ və Masazırda oyunlar var - YENİLƏNİR
  • Bu gün, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 203
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 135
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə