Hazırda Belçika - Azərbaycan oyununun startına 18 dəqiqə qalır.
"Kral Boduen" adına stadionda olan əməkdaşımızın verdiyi bilgiyə görə, artıq oyunöncəsi məşq bitib. Oyunun başlamasına 30 dəqiqə qalmış Şahruddin məşqi tərk edib paltardəyişmə otağının yolunu tutdu. Belə başa düşdüm ki, o, oyuna tam hazır olmaq üçün əlavə prosedurlara ehtiyac duyur. Yığmamızın azarkaşləri üçün ayrılan sektorda 10-a yaxın adam var. Belçika paytaxtında narın yağış davam edir.
Bu dəqiqələrdə 50 minlik stadiona 30 minə yaxın azarkeş toplaşıb. Azərbaycanlılara aid sektorda hələ ki seyrəklikdi...
Komandalar artıq meydandadı. "Milli dəstə" və "Göyqurdlar" bayrağını açdı...
Stadionda səslənən himnin Azərbaycana nə aidiyyatı?!
Azərbaycanlı azarkeşlərin əyləşdiyi sektorda müxtəlif ölçülü 9 bayrağımız açılıb...
Belçikanın himni səslənəndən sonra növbə bizim gözəl, əsl himnimizə çatdı! İndi aydınlaşdırdıq ki, ilk variant İsveç himni imiş...
Eddi İsrafilov 21 və 24-cü dəqiqələrdə iki "sarı" almaqla xalla bağlı olan-qalan ümidlərimizi də "dəfn etdi". İndi gəl bu Belçika ilə bir saat azlıqda mübarizə apar da!
Nəinki 4-cü, hətta 3-cü qoldan sonra oyunu bitirmək olardı. Allah betərindən qorusun!
Yerli azarkeşlər bayram edir, bizimkilər də arabir "Azərbaycan", "Azərbaycan" şüarını səsləndirir.
Bu arada Şahruddin də qapımıza vurulan 5-ci qolda pay sahibi oldu. O qədər də güclü olmayan zərbəni Kastanın önünə qaytarmağın adı nədi? Hələ qol buraxandan sonra müdafiəçilərə də qəzəblənir. Yaxşı ki hakim qolu qeydə almadı...