Qurban Qurbanov haqda film çəkildi - VİDEO

15.11.2023 12:16 795
Maraqlı / Manşet
Qurban Qurbanov haqda film çəkilib.

"Football-plus.az" xəbər verir ki, bu məlumatı Gənclər və İdman Nazirliyinin rəsmi "feysbuk" səhifəsi yayıb. İnformasiyada deyilir:

"Yaxın günlərdə “Stadionlar səssiz olanda” filmi izləyicilərə təqdim ediləcək. Məşhur futbolçu, hazırda ölkəmizin ən uğurlu məşqçilərindən sayılan Qurban Qurbanova həsr olunmuş idman dramı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal olunub. Filmdə Q.Qurbanovun 20-ci əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib.

Film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq".