Millimizlə oyun ərəfəsində İsveç yığmasına 2 yeni futbolçu çağırıldı

15.11.2023 11:13 203
Yığma / AÇ
AÇ-2024-ün seçmə mərhələsində yığmamızla keçiriləcək oyun ərəfəsində İsveç yığmasına 2 yeni futbolçu çağırılıb.

"Football-plus.az" xəbər verir ki, bunlar mərkəz müdafiəçisi İsak Hien və sol cinah müdafiəçisi Niklas Hultdu.

Onlar yığmadan kənarda qalan 3 oyunçunu əvəz edəcəklər. Belə ki, müdafiəçilər Emil Holm, Lüdviq Auqustinsson və hücumçu Antoni Elanqa zədə səbəbindən heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21.00-da başlayacaq. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdü.