İsmayıl Abdullayev təkzib etdi: “Yanlış məlumatdı”

12.11.2023 21:15 1 378
Premyer-liqa / Manşet
Yayılan xəbərlərə görə, tanınmış aparıcı İsmayıl Abdullayevin "Neftçi” TV-dən ayrılmasının səbəbi klubun kommunikasiya üzrə direktoru Aysu İbrahimli ilə yaşadığı mübahisə olub.

Belə ki, təcrübəli həmkarımız yeni rəhbərin qaydalarını narazılıqla qarşılayıb və İbrahimli ilə sözləri çəp gəlib. Bu məsələni dəqiqləşdirmək üçün İsmayıl Abdullayevlə əlaqə saxladıq. Həmkarımızın "Football-plus.az"a dedikləri:

"Yanlış məlumatdı. Nəinki onunla, klubda hər hansı şəxslə nə davam olub, nə də mübahisəm. Bilərsiz ki, “TVNet” platformasında işləyirəm və burdakı fəaliyyətimi artırmışam. Şərhlər, icmallar, yaxın gələcəkdə də yeni veriliş və layihələr olacaq. Əlbəttə, paralel şəkildə gələcək təklifləri dəyərləndirəcəm".

Xatırladaq ki, İsmayıl Abdullayev üç il idi "Neftçi” TV-də işləyirdi.

CAVİD ƏLİYEV