Mahir Emreli karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü ilə superliqa təmsilçisi "Ankaragücü" yaxından maraqlanır. Əmrə Belözoğlu forvardın keçidini klub rəhbərliyindən tələb edib.
Maraq üçün bildirək ki, Mahir gənc mütəxəssisin daim gündəmində olub. Hücumçu "Legiya"dan ayrılandan sonra Belözoğlu onu "İstanbul BB"yə transfer etmək istəmişdi. Lakin Polşa təmsilçi Türkiyə klubu ilə maliyyə baxımından anlaşa bilməmişdi. Bu səbəbdən də Azərbaycan millisinin üzvü Zaqreb "Dinamo"suna keçmişdi.
Qeyd edək ki, Mahir bu mövsüm Xorvatiya klubunun heyətində 20 matçda 5 qol vurub, 5 məhsuldar ötürmə verib.
İLKİN SULTANLI
Əmrə Belözoğlu hansı azərbaycanlı futbolçunu yanında görmək istəyir?
Ölkə futbolu / Dünya futbolu / Manşet



