Bir neçə gün əvvəl oyun zamanı huşunu itirən Bas Dost karyerası ilə bağlı qərar verib. “Neymegen”in hücumçusu futbolçu həyatına fasilə verib
“Football-plus.az” xəbər verir ki, niderlandlı futbolçu yerli mediaya açıqlamsında bir müddət futbol oynamayacağını bildirib: 
“Son günlərdə çoxlu testlər vermişəm. Məndə ürək əzələsinin iltihabı (miokardit) var. Səbəblər fərqli, nəticələri ciddi ola bilər. Bəxtim gətirdi ki, meydanda xilas oldum. Mənə kömək edənlərə necə minnətdar olduğumu sözlə ifadə edə bilmirəm. Tezliklə evə gedəcəm. Tam sağalmaq üçün bir az dincəlməliyəm. Hələlik futbola fasilə verib yaxın gələcəyi ailəmlə keçirəcəyəm”.
Xatırladaq ki, 34 yaşlı futbolçu Niderland çempionatının oktyabrın 30-da keçirilən “Alkmaar”la oyununda meydanın mərkəzində yıxılmış, bundan sonra qıcolmaları başlamışdı. Bas xərəkdə meydandan çıxarılarkən huşunu itirmişdi.