Ölkə Kubokunda son 17 mövsümün rekordu yenilənəcək

1.11.2023 16:37 196
Ölkə kuboku
Ölkə Kubokunun 2023/24 mövsümündə iştirakçı sayı baxımından son 17 mövsümün rekordu yenilənəcək.

“Football-plus.az” xəbər verir ki, 32-ci dəfə təşkil olunacaq yarışda 34 komanda mübarizə aparacaq.

Bu, Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən turnirlər üçün mütləq rekorddur. 2008-ci ildə yaradılan qurumun təşkil etdiyi əvvəlki 15 mövsümün rekordu 22 komandanın kuboka qatılması idi. Buna 2010/2011 mövsümündə təsadüf olunub.

34-dən çox komandanın iştirakı isə sonuncu dəfə 2006/2007 mövsümünə təsadüf edib. Həmin vaxt 35 kollektiv yarışa qoşulmuşdu.

Qeyd edək ki, mütləq rekord 1993/1994 mövsümündə gerçəkləşib. Həmin vaxt kubok uğrunda 45 komanda mübarizə aparıb.

Mövsüm - iştirakçı

1992 mövsümü – 12 komanda

1993 - 40

1993/94 - 45

1994/95 - 28

1995/96 - 38

1996/97 - 34

1997/98 - 28

1998/99 - 25

1999/2000 - 19

2000/01 - 24

2001/02 - 19

2003/04 - 21

2004/05 - 26

2005/06 - 29

2006/07 - 35

2007/08 - 32

2008/09 - 18

2009/10 - 20

2010/11 - 22

2011/12 - 21

2012/13 - 21

2013/14 - 20

2014/15 - 18

2015/16 - 19

2016/17 - 18

2017/18 - 18

2018/19 - 12

2019/20 - 12

2020/21 - 12

2021/22 - 12

2022/23 - 14

2023/24 - 34