Kubokda 6 mövsümlük rekord

10.12.2022 11:10 306
Ölkə kuboku
Azərbaycan kubokunda 1/4 finalın ilk oyunlarında 13 qol vurulub.

Football-plus.az xəbər verir ki, bu, son 6 mövsümün rekordudu. 1/4 finalın ilk matçlarında daha çox qolun vurulmasına sonuncu dəfə 2016/17 mövsümündə təsadüf olunub.

Həmin vaxt 4 görüşdə 14 qol vurulub. Bu qarşılaşmalar üçün mütləq rekord 2006/07 mövsümündə qeydə alınıb.

1/4 finalın 2007-ci ildə baş tutan ilk oyunlarında 17 qol vurulub.

Qeyd edək ki, ötən mövsüm bu rəqəm 8-ə bərabər olub.