"France Football"un təşkil etdiyi "Ballon dOr Ceremony" başa çatıb.
"Football-plus.az" xəbər verir ki, Parisdə keçirilən mərasimdə əsas titul da öz sahibini tapıb. "Qızıl top"un qalibi müəyyənləşib. Bu ada Argentina millisinin və "İnter Mayami"nin superulduzu Lionel Messi layiq görülüb. O, 8-ci dəfə ən yaxşı seçilib.