Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov çeçen əsilli qarışıq döyüş növləri ustası Həmzət Çimayevə Əbu-Dabidə keçirilən UFC 294 turnirində amerikalı Kamara Usmanı məğlub etdiyinə görə bahalı avtomobil bağışlayıb.
“Football-plus.az” xəbər verir ki, Həmzət sosial şəbəkə hesabında Kadırovun hədiyyəsinin fotosunu da paylaşıb.
Kadırov Çimayevin döyüşünü gecənin bəzəyi adlandıraraq tərifləmişdi. Çimayev oktyabrın 21-də keçirilən döyüşdən sonra hakimlərin qərarı (29-27, 29-27, 28-28) ilə qalib elan olunub.