8 çəki dərəcəsində sabiq dünya çempionu, filippinli Menni Pakyao (62-8) 5 çəki dərəcəsində sabiq dünya çempionu Floyd Meyvezer-kiçik (50-0) ilə əvəzçıxma döyüşünün təşkilində maraqlıdı.
"Football-plus.az" xəbər verir ki, bu haqda informasiyanı “MP Promotions” promouter şirkətinin prezidenti Şon Qibbons açıqlayıb:
“Meyvezer şəxsi eqosu üzendən Pakyao ilə döyüşmək istəmir. Pakyao ilə böyük məmnunluqla Meyvezer ilə sərgi döyüşü keçirərdi. Menni elə bu il döyüşməyə hazırdı”.
Xatırladaq ki, Meyvezer 2015-ci il mayın 3-də Las-Veqasda keçirilən döyüşdə Pakyaoya hakim qərarı (118-110, 116-112, 116-112) ilə qalib gəlib. Floyd son döyüşünü mayın 22-də Əbu-Dabidə həmvətəni Don Mura qarşı keçirib. Bu döyüş hər bir 2 dəqiqə olmaqla 8 raund davam edib. Meyvezer sonuncu raundda rəqibi nokdauna göndərib. Döyüşdən sonra qalibin adı açıqlanmayıb.
Boksçu karyerasını 2021-in payızında bitirən Pakyao ölkə prezidenti postuna namizədliyini irəli sürəcəyini elan edib.