Azərbaycan Voleybol Federasiyası uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.
"Football-plus.az" xəbər verir ki, bu işlər çərçivəsində yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Şahin Çatma və federasiya nümayəndələri 23-24 oktyabr tarixlərində Sumqayıt şəhərində səfərdə olublar. Səfər çərçivəsində Sumqayıtda bir neçə orta məktəbdə uşaqlarla görüş keçirilib, onlara voleybolla bağlı məlumatlar verilib, müvafiq kriteriyalara uyğun olan uşaqların qeydiyyatı aparılıb.
Federasiya nümayəndəsi Sumqayıtda olub
İdman / Manşet





