• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Avropa çempionatına 15 vəsiqə sahibini gözləyir

AÇ

23-10-2023, 22:0

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin sonuna iki tur qalmış bizə 24 iştirakçıdan yalnız doqquzunun adı məlumdu.

"Football-plus.az" xəbər verir ki, Bunlar təşkilatçı Almaniya ilə yanaşı, Avstriya, İngiltərə, Belçika, İspaniya, Portuqaliya, Türkiyə, Fransa və Şotlandiyadı. İki qrupda AÇ-yə birbaşa vəsiqə qazanmaq məsələsi həllini tapıbsa, dördündə də heç bir komanda gələnilki turnirdə iştirakı təmin etməyib.
Hər şey aydındı

A və F qruplarında vəziyyət çox sadədi. İspaniya, Şotlandiya, Belçika və Avstriya yığmaları artıq noyabr oyunlarına AÇ-yə hazırlıq imkanı kimi baxa bilər. Onların qarşısında heç bir turnir vəzifəsi dayanmır. Gürcüstan yığmasının Millətlər Liqasının pley-offu vasitəsi ilə AÇ-yə vəqiqə uğrunda mübarizə aparacağı dəqiqdisə, Norveç, Azərbaycan və Estoniya yığmaları də həmin mərhələdə görünə bilər. Ancaq bu üç ölkənin taleyi başqa komandalardan asılıdı. İsveçlə Cənubi Kipri isə Almaniyada görməyəcəyimiz dəqiqdi.

А qrupu
1. İspaniya 6 5 0 1 19–3 15
2. Şotlandiya 6 5 0 1 12–3 15
3. Norveç 7 3 1 3 11–9 10
4. Gürcüstan 6 2 1 3 9–13 7
5. C.Kipr 7 0 0 7 2–25 0
16 noyabr: Gürcüstan – Şotlandiya, C.Kipr – İspaniya.
19 noyabr: Şotlandiya – Norveç, İspaniya – Gürcüstan.
F qrupu
1. Belçika 6 5 1 0 16–3 16
2. Avstriya 7 5 1 1 15–7 16
3. İsveç 5 2 0 3 11–8 6
4. Azərbaycan 6 1 1 4 4–12 4
5. Estoniya 6 0 1 5 2–18 1
16 noyabr: Azərbaycan – İsveç, Estoniya – Avstriya.
19 noyabr: Belçika – Azərbaycan, İsveç - Estoniya.
Son nöqtəni qoymaq qalır
B qrupu
Niderlanda iki dəfə uduzan Yunanıstanın 2-ci yeri tutmaq baxımından yalnız nəzəri şansı qalır. “Narıncılar” 2-dən artıq xal qazanacağı təqdirdə Fransada qələbə belə yunanların işinə yaramayacaq. Ronald Kumanın komandası üçün ümidsiz Cəbəllütariq üzərində qələbə kifayətdi, ancaq məsələni daha tez – İrlandiya ilə ev oyununda da həll etmək olar.
Qrupda 3-cü yer Yunanıstanı Millətlər Liqasının pley-offuna aparacaq, nəzəri cəhətdən İrlandiyanın da orda oynamaq şansı var, Cəbəllütariqin belə imkanı yoxdu ki, bu da təəccüblü deyil.
1. Fransa 6 6 0 0 13–1 18
2. Niderland 6 4 0 2 10–7 12
3. Yunanıstan 7 4 0 3 12–6 12
4. İrlandiya 7 2 0 5 9–9 6
5. Cəbəllütariq 6 0 0 6 0–21 0
18 noyabr: Fransa – Cəbəllütariq, Niderland - İrlandiya.
21 noyabr: Cəbəllütariq – Niderland, Yunanıstan – Fransa.
G qrupu
Serbiyadakı məğlubiyyət Monteneqronun tarixində ilk dəfə böyük turnirə qatılmaq şansını minimuma endirdi. Miodraq Raduloviçin komandası bu halda AÇ-yə yollana bilər:
• iki qələbə qazanarsa və Serbiya Bolqarıstana uduzarsa;
• iki qələbə qazanır, Bolqarıstan Macarıstanı məğlub edir və Serbiyaya uduzur (belədə monteneqrolular şəxsi oyunların nəticəsinə görə macarlardan yuxarıda qərarlaşacaq).
Üç liderin 14 xalı olarsa, belədə Monteneqro artıqlıq edəcək, çünki bu komanda mini-turnirdə 4, Serbiya 6, Macarıstan 7 xal toplamış olacaq. Monteneqro ilə Litvanın Millətlər Liqasının pley-offuna düşə bilməyəcəyi dəqiqdi, elə Bolqarıstan da, çətin ki, orda görünə.
1. Macarıstan 6 4 2 0 11–4 14
2. Serbiya 7 4 1 2 13–7 13
3. Monteneqro 6 2 2 2 6–8 8
4. Litva 7 1 3 3 8–12 6
5. Bolqarıstan 6 0 2 4 3–10 2
16 noyabr: Bolqarıstan – Macarıstan, Monteneqro – Litva.
19 noyabr: Macarıstan – Monteneqro, Serbiya - Bolqarıstan.
J qrupu
Bu qrupda üç komandanın Portuqaliyaya yoldaş olmaq şansı var. Çox güman, Slovakiyanın Lüksemburqdakı qələbəsi bu mənada həlledici olacaq. Slovaklar yalnız özləri iki oyunda uduzacaqları, Lüksemburq və ya İslandiya ideal nəticə göstərəcəyi təqdirdə Avropa çempionatından kənarda qalacaqlar.
Bosniya və Hersoqovinanın Millətlər Liqasının pley-offunda oynayacağı dəqiqdi. Lüksemburq da noyabrda möcüzə edə bilməsə, orda görünəcək. İslandiya isə başqa qruplardakı nəticələri gözləməlidi.
1. Portuqaliya 8 8 0 0 32–2 24
2. Slovakiya 8 5 1 2 11–5 16
3. Lüksemburq 8 3 2 3 8–18 11
4. İslandiya 8 3 1 4 15–10 10
5. Bosniya və H. 8 3 0 5 7–14 9
6. Lixtenşteyn 8 0 0 8 1–25 0
16 noyabr: Lixtenşteyn – Portuqaliya, Lüksemburq – Bosniya və Hersoqovina, Slovakiya - İslandiya.
19 noyabr: Bosniya və Hersoqovina - Slovakiya, Lixtenşteyn – Lüksemburq, Portuqaliya – İslandiya.
Əsas oyun
С qrupu
Bu qrupun özünəməxsus final oyunu noyabrın 20-də Leverkuzendə keçiriləcək. Həmin gün Almaniyanın bu şəhərində Ukrayna İtaliya ilə qarşılaşacaq. “Skuadra adzurra” həmin oyuna qədər Şimali Makedoniyanı məğlub etsə, Ukrayna ilə oyunda heç-heçədən də razı qalacaq. Yox, xal itirsələr, onda Leverkuzendə yalnız qələbə üçün oynamaq lazım gələcək.
İtaliya iflas təqdirində Millətlər Liqasnın pley-offunda oynamaq şansına da malikdi, Ukraynanın vəziyyəti də bu mənada pis deyil. Şimali Makedoniya və Malta yığmalarının Almaniyaya yollanmayacağı isə dəqiqdi.
1. İngiltərə 6 5 1 0 19–3 16
2. Ukrayna 7 4 1 2 11–8 13
3. İtaliya 6 3 1 2 11–7 10
4. Ş.Makedoniya 6 2 1 3 7–14 7
5. Malta 7 0 0 7 2–18 0
17 noyabr: İngiltərə – Malta, İtaliya – Şimali Makedoniya.
20 noyabr: Şimali Makedoniya – İngiltərə, Ukrayna – İtaliya.
Н qrupu
Elə Sloveniya – Qazaxıstan oyunun da final ab-havasında keçəcəyi tam realdı. Düzdü, Sloveniya Danimarkanı Kopenhagendə məğlub edərsə və ya Qazaxıstan San Marino ilə ev oyununda büdrəyərsə, əsəb gərgiyindən qurtulacaq.
Məhəmməd Adiyevin komandasına iki qələbə də bəs etməyə bilər. Danimarka evdə Sloveniyaya uduzub səfərdə Şimali İrlandiyanı məğlub edərsə, belədə qazaxıstanlılar yalnız Millətlər Liqasının pley-offuna yollanacaq. Finlandiya yığmasının da orda oynayacağı dəqiqdi. Sloveniya isə top-2-də yerini itirməməlidi, çünki ikinci cəbhədə oynamaq şansı çox aşağıdı.
1. Sloveniya 8 6 1 1 17–6 19
2. Danimarka 8 6 1 1 17–7 19
3. Qazaxıstan 8 5 0 3 12–9 15
4. Finlandiya 8 4 0 4 12–9 12
5. Ş.İrlandiya 7 2 0 6 7–9 6
6. San Marino 8 0 0 8 1–26 0
17 noyabr: Qazaxıstan – San Marino, Finlandiya – Şimali İrlandiya, Danimarka - Sloveniya.
20 noyabr: Şimali İrlandiya – Danimarka, San Marino – Finlandiya, Sloveniya - Qazaxıstan.
Hədsiz çox variant var
D qrupu
Nə qədər təəccüb doğursa da, bu qrupda AÇ-yə ikinci vəsiqənin taleyi Ermənistan yığmasının əlindədi. Ardıcıl iki qələbə bədnam qonşularımıza həm Uelsi, həm də Xorvatiyanı arxada qoyacaq (belədə ermənilərin mini-turnirdə 9, rəqiblərinin isə 4 xalı olacaq). Düzdü, vitse-dünya çempionlarını iki top fərqi ilə məğlub etmək daha arzuolunan variantdı, belədə ermənilər Uels Türkiyədə büdrəyərsə, “damalılar”ı şəxsi oyunların nəticəsinə görə üstələyəcək.
Xorvatiya üçün son iki turla bağlı vəzifə sadədi: Uelslə müqayisədə daha çox xal toplamaq. Britaniyalıların isə çətin təqvimə baxmayaraq, büdrəmək rahatlığı yoxdu. Onlar 2-ci yerdən asanlıqla 4-cü pilləyə düşə bilər.
Ermənistan və Latviya üçün Millətlər Liqasının pley-offuna yol görünmür, Xorvatiya bu seçmə mərhələsə fiasko yaşayarsa, ML şansına da malikdi, Uelsin taleyi isə başqalarının nəticələrindən asılıdı.
1. Türkiyə 7 5 1 1 13–6 16
2. Uels 6 3 1 2 8–8 10
3. Xorvatiya 6 3 1 2 10–4 10
4. Ermənistan 6 2 1 3 8–9 7
5. Latviya 7 1 0 6 5–17 3
18 noyabr: Ermənistan – Uels, Latviya - Xorvatiya.
21 noyabr: Xorvatiya – Ermənistan, Uels – Türkiyə.
Е qrupu
Ən qarışıq qrupda 5 komandadan dördünün AÇ-yə yollanmaq üçün real şansı var. Daha çox güman olunan variant Albaniya ilə Çexiyanın qitə birinciliyinə yollanmasıdı, bu komandalar artıq noyabrın 17-də vəzifənin öhdəsindən gələ bilər. F qrupundan Almaniyaya yollana biləcək başqa cütlərlə bağlı da variantlara baxaq.
Albaniya və Polşa
• Albaniya Moldovaya, Polşa Çexiyaya qalib gəlir, Moldova da çexlərə uduzmur;
• Moldova iki dəfə heç-heçə edir, Polşa Çexiyaya qalib gəlir;
Albaniya və Moldova
• Albaniya Farer adalarına qalib gəlir, Moldova iki qələbə qazanır;
• Moldova Albaniyaya qalib gəlir və Çexiya ilə heç-heçə edir, Polşa Çexiyanın öhdəsindən gəlir;
• Moldova Çexiyaya qalib gəlir və Albaniya ilə heç-heçə edir, Çexiya Polşanın öhdəsindən gələ bilmir;
• Moldova Polşa ilə heç-heçə edən Çexiyaya qalib gəlir;
Çexiya və Moldova
• Moldova iki oyunda qalib gəlir, Çexiya Polşanın öhdəsindən gəlir, Albaniya Farer adalarına uduzur;
• Moldova Albaniyanı darmadağın edir və Çexiya ilə heç-heçə edir, Çexiyay Polşaya qalib gəlir, Albaniya Farer adalarına uduzur.
Albaniya ilə Moldovanın Millətlər Liqasına ümid etməsinə dəyməz, Polşa və Çexiya isə AÇ-yə vəsiqənin taleyinə şəxsi dueldə aydınlıq gətirə bilər. Hər iki komanda reytinqinə görə Millərlər Liqasının pley-offuna düşür.
1. Albaniya 6 4 1 1 11–3 13
2. Çexiya 6 3 2 1 8–5 11
3. Polşa 7 3 1 3 9–9 10
4. Moldova 6 2 3 1 6–6 9
5. Farer adaları 7 0 1 6 2–13 1
17 noyabr: Moldova - Albaniya, Polşa - Çexiya.
20 noyabr: Albaniya – Farer adaları, Çexiya – Moldova.
I qrupu
Fələstin – İsrail münaqişəsinin gərginləşməsi bu qrupdakı mürəkkəb durumu bir qədər də qarışdırdı. Rumıniya, İsveçrə, İsrail və Kosovonun AÇ-yə yollanmaq şansı var. Düzdü, İsveçrənin İsrail üzərində qələbəsi balkanlıları nəzəri şansdan da məhrum edəcək.
Qrup lideri olan Rumıniya da təhlükəsiz vəziyyətdə deyil – iki məğlubiyyət bu komandanı avtomatik növbəti böyük turnirdən kənarda qoyacaq. Ona görə ki, bu qrupda Millətlər Liqasında oynamaq şansına yalnız İsrail, İsveçrə və Kosovo malikdi.
1. Rumıniya 8 4 4 0 13–4 16
2. İsveçrə 7 4 3 0 20–8 15
3. İsrail 6 3 2 1 7–7 11
4. Kosovo 7 1 4 2 8–8 7
5. Belarus 8 1 3 4 7–14 6
6. Andorra 8 0 2 6 3–17 2
15 noyabr: İsrail – İsveçrə.
18 noyabr: Belarus - Andorra, İsveçrə - Kosovo, İsrail – Rumıniya.
21 noyabr: Rumıniya – İsveçrə, Andorra – İsrail, Kosovo - Belarus.
Kosovo – İsrail oyununun vaxtı bir müddət sonra açıqlanacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-09-2022, 16:0

Millətlər Liqasında yüksələnlər və enənlər müəyyənləşdi

Manşet / Çempionlar Liqası

31-08-2023, 21:0

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı

Aktual
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
Son xəbərlər
  • Bu gün, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Bu gün, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Bu gün, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Bu gün, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Bu gün, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Bu gün, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Bu gün, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 87
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə