Son günlər isə 30 yaşlı müdafiəçi ilə bağlı bəzi transfer xəbərləri yayılır. Əvvəlcə millinin sabiq üzvünün 2-ci liqada çıxış edən “Füzuli”yə keçəcəyi deyilirdi. Bu yaxınlarda isə Təmkinin yarımpeşəkar çempionatda mübarizə aparan digər komanda - “Qusar” ilə anlaşdığı haqda xəbər yayılıb. Bəs görəsən, bu xəbərlər həqiqəti əks etdirirmi?
Bu suala ən doğru cavabı Təmkin Xəlilzadə verə bilərdi ki, belə də oldu: “Mən nə “Füzuli”də, nə də “Qusar”da çıxış edəcəm. Düzdü, heç bir adam gələcəkdə başına gələcəklərdən “sığortalanmayıb”. Lakin böyük futbola qayıdası olsam, yalnız premyer-liqa klublarından birinə keçəcəm. İndi isə bütün fikrimi minifutbol yığması ilə yollanacağım dünya çempinatına yönəltmişəm”.
CAVİD ƏLİYEV


