"Hər iki futbolçu səhvlərindən nəticə çıxarmalıdı" - Arif Əsədov

4.02.2023 17:56 470
Ölkə futbolu
"Zirə"dən ayrıldıqdan sonra klubsuz qalan Təmkin Xəlilzadə özünə yeni komanda tapa bilmədi. Belə olduqda o futzal üzrə 2-ci divizionda çıxış edən "Rəvan"a qoşuldu.

"Football-plus.az" saytı olaraq yığmamızın "19 nömrə"sinin böyük futboldan uzaq düşməsiylə bağlı Canni de Byazinin köməkçisi Arif Əsədovun fikirini öyrəndik:

"Əlbəttə, Təmkin Xəlilzadə kimi milli üzvünün klubsuz qalması üzücüdü. Bu siyahıya Araz Abdullayevi də əlavə edərdim. Hər ikisi istər klub, istərsə də milli səviyyəsində meydanda özlərini yaxşı tərəfdən göstərib. İnanmıram ki, hansısa baş məşqçi onların çıxışından narazı qalsın. Hər iki futbolçunun, əsasən də Təmkinin problemi xarakterindədi. Futbol yalnız yaşıl meydanla bitmir, futboldankənar davranış, əməllər də vacib rol oynayır. Düşünürəm ki, Təmkin futzal klubunda həm formasını bərpa edəcək, həm də səhvləri barədə düşünəcək. Bəlkə də hazırkı durum onun xeyrinədi. Bundan nəticə çıxarmalıdı. Amma mən nə Arazın, nə də Təmkinin, ümumiyyətlə, futboldan uzaqlaşması və silinməsinin tərəfdarıyam. Hər ikisinin hazırda oynayan yaşlarıdı. Onlardan yaşlı futbolçular var ki, top qovurlar. Bir daha vurğulayıram ki, Təmkinlə Arazın hələ də oynamaq və milli komandaya fayda vermək potensialı var. Sadəcə, hər iki futbolçu səhvlərindən nəticə çıxarmalıdı".

ABDULLA İSMAYILOĞLU