• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Peşəkar futbola qayıdacağıma inanmıram”

2-ci liqa / Manşet / Müsahibə

6-10-2023, 20:0

Birvaxtlar ölkə futbolunda dəbi müəyyənləşdirənlərdən biri olan “Bakı”nın yetirmələri sırasında Valeh Seyidov da var idi.

27 yaşlı forvard hazırda ikinci liqada çıxış edir. Əslində elə “Bakı”nın həm sələfi, həm də xələfi sayıla biləcək “Dinamo”nun şərəfini qoruyur. Bir müddət, ümumiyyətlə, futboldan uzaq düşən hücumçunun yarımhəvəskar liqada özünü necə hiss etməsi maraq doğurur. Yeri gəlmişkən, onun artıq 5 qolla bombardirlər siyahısında qərarlaşdığını da vurğulayaq.

- Təhsil və başqa məsələlər ilə bağlı bir müddət futboldan uzaq düşdün. Qayıtmaq və uyğunlaşmaq çətin oldu?
- Kariyeramın yüksəlişdə olan dövründə mənim əleyhimə olan bəzi məsələlər üzündən futboldan uzaqlaşmaq qərarı aldım. Bu səbəblər barədə ətraflı danışmaq istəmirəm. Futboldan uzaqlaşandan sonra iş həyatımda irəliləyiş əldə elədim. Universiteti bitirəndən sonra nüfuzlu bir şirkətdən təklif aldım. Hazırda həmiş şirkətdə auditor vəzifəsində çalışıram və karyeramı bu istiqamətdə davam etdirirəm. Amma futbola qayıtmaq və uyğunlaşmaq çətin olmadı. Bildiyiniz kimi, “Bakı” məktəbi keçmişik, bizim zamanımızda ən yaxşı futbol məktəbi “Bakı”nın idi. Orda 10 ilə yaxın futbolla məşğul olmuşam. Bu səbəbdən yenidən uyğunlaşmaq üçün az vaxt lazım gəldi. Mənim üçün məşq edib, ideal formamı geri qaytarmaq çətin deyil.
- Vaxtilə ölkədə böyük gələcək vəd edən oyunçulardan biri idin. İkinci liqanı, burda keçirilən oyunları necə dəyərləndirirsən? Böyük səviyyə fərqi varmı?
- Təbii ki, fərq böyükdü. Bu fərq özünü əsasən futbolçuların keyfiyyətində və ustalıq səviyyəsində göstərir. İstənilən halda, oyunlar maraqlı keçir. Yüksək liqalarda oynamış peşəkar futbolçuların heyətdə yer alması liqaya maraq qatır. Peşəkar futbolçuların iştirakı ab-havanı müsbət mənada dəyişir. Səviyyə fərqli stadionların vəziyyətində də aşkar görünür. Ot örtüklərinin yararsız olması liqanın səviyyəsinə ciddi təsir göstərir. Müsbət tərəflərdən daha çox danışmaq istərdim. Oyunlara peşəkar hakimlər təyinat alır. Ümumiyyətlə, təşkilatçılıq yüksək səviyyədədi. Azarkeş dəstəyi də bizi ruhlandırır. Stadiona gələn azarkeş sayının çox olması sevindiricidi.
- Cari mövsümdə “Dinamo”nun oyununda qəribə tendensiya müşahidə edirik. Komanda daha çox oyun sonlarında vurulan və buraxılan qollar ilə diqqəti çəkir. Bu tendensiyanı nə ilə əlaqələndirə bilərik?
- Oyunlarımızda qollar əsasən ikinci hissələrdə vurulur. Birinci hissələr daha çox kəşfiyyat xarakteri daşıyır, oyunçular meydana uyğunlaşmağa çalışırlar. Artıq fasilədə rəqibi təhlil etmiş baş məşqçilər futbolçulara daha vacib tapşırıqlar verə bilirlər. Oyunun sonlarına doğru futbolçularda yorğunluq çox hiss olunur. Bu səbəbdən komandalar boşluqlar verməyə başlayır. Ona görə də son 15-20 dəqiqə ərzində ümumi və qarşılıqlı qolların sayı çox olur. Bu cəhətdən oyuna sonradan daxil olan oyunçular da daha yaxşı performans göstərə bilirlər. Bu əvəzetmələrin məqsədi rəqib futbolçuların yorğunluğundan istifadə etməkdi. Bizim oyunların, demək olar ki, hamısında ikinci hissə məhsuldar keçib. Təəssüf ki, üç qarşılaşmada məğlub olmuşuq. Lakin ümid edirəm ki, növbəti oyunlarda uğursuz seriyanı aradan qaldıracağıq.
- Komanda liqanın iddialılarından biri kimi görünmür. Favoritlərdən nədə geri qalırsız, sizə hansı amillər mane olur?
- Biz özümüzü iddialı komandalar arasında görürük. Nəticələr xeyrimizə olmasa da, pis oyun nümayiş etdirdiyimizi deyə bilmərəm. Bilirsiz ki, məğlub olduğumuz oyunlarda qolları əsasən son dəqiqələrdə buraxmışıq. Oyunun sonlarında müdafiədə rəqiblərə çox boşluq veririk. Bu problemi vaxtında aradan qaldıra bilsəydik, heç bir oyunda məğlub olmazdıq. Əsas problemlərdən biri komandanın optimal heyətinin tam formalaşmamasıdı. Bu istiqamətdə hələ də işləyirik. Dediyim kimi, favorit görünməsək də, sonda ilk “üçlük”də olacağımızı düşünürük. Təbii ki, hər şeyi zaman göstərəcək. Sonda çempion olmaq üçün əlimizdən gələni edəcəyik.
- Peşəkar karyeranı yenidən bərpa edəcəksən, yoxsa bundan sonra ancaq həvəskar kimi davam etmək fikrindəsən?
- Peşəkar futbola qayıdacağıma inanmıram. Qayıtmaq üçün uyğun şərait olsa, bəlkə də dəyərləndirərəm. Bunu zaman göstərəcək. Hələ ki daha çox öz işimə diqqət ayırıram. İxtisasım üzlə çalışıb inkişaf edirəm. Hazırda iş həyatımda çox yaxşı nöqtədəyəm, elə bu yöndə də davam etməyi düşünürəm. Yenə də hansısa yaxşı təklif olarsa, özümdə davam etmək gücünü görsəm, qayıtmaq barədə düşünə bilərəm. Hazırda isə iş həyatıma köklənmişəm.

ADİL NƏHMƏTLİ

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet / Günün xəbəri

7-04-2022, 12:0

Tərlan Əhmədov futboldan uzaqlaşdı - ŞOK AÇIQLAMA

Aktual / Ölkə futbolu

11-07-2023, 17:0

Budaq Nəsirovu xoşbəxt edən nədi? - ÖZÜ AÇIQLADI

Dünya futbolu

5-10-2023, 19:0

Sarri artıq futboldan zövq almır!

Aktual
Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər
RFŞ Dambrauskası təbrik etdi - "Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı"
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
“Şamaxı” çempion üçün şərəf dəhlizi açacaqmı? – mayın 3-ü, saat 16.00-da...
Bulvardakı “Saatlı qüllə” bu gün “Qalatasaray” azarkeşlərini görməyəcək! – niyə?
“Sabah” da üç aparıcı futbolçusundan məhrumdu, “Qarabağ” da
Son xəbərlər
  • Bu gün, 00:13
    “El Klasiko”da görünməyəcək
  • Dünən, 23:38
    Londondan Mançesterə yollana bilər
  • Dünən, 23:21
    Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər
  • Dünən, 23:10
    "Qəbələ" avrokuboklar uğrunda mübarizə aparmalı idi" - Rəşad Sadıqov
  • Dünən, 22:40
    “Yuventus”u tərk edəcək
  • Dünən, 22:09
    "Bu oyunda da bəsit qol buraxdıq" - Kaxaber Sxadadze
  • Dünən, 21:57
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:16
    "Tarix yazmaq niyyətindəyik" - Valdas Dambrauskas
  • Dünən, 20:56
    Yeni təklifi müsbət cavabladı
  • Dünən, 20:27
    "Sabah" və "Zirə"dən qələbə - YENİLƏNİB
  • Dünən, 20:21
    "David Sezarın zədələnməsi oyunun qırılma anı idi" - Ayxan Abbssov
  • Dünən, 20:05
    Yayda işsizə çevriləcək
  • Dünən, 19:20
    Arbeloaya o da xələf ola bilər
  • Dünən, 19:00
    4 illik həsrətə son qoydular
  • Dünən, 18:38
    Sabiq nigeriyalı futbolçu Osimhenə bu nəhəngə keçməməyi məsləhət gördü
  • Dünən, 18:06
    "Zirə" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    Cəlalın komandası xal itirdi
  • Dünən, 17:15
    ''İnter Mayami'' Messinin yubiley matçında tarixi bir şok yaşadı
  • Dünən, 16:45
    Osimhen fanatlardan üzr istədi
  • Dünən, 15:54
    Diyarbəkir təmsilçisi Türkiyə çempionatında oynayacaq
  • Dünən, 14:47
    "Şamaxı" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 14:06
    “Formula-1” İstanbula dönür!
  • Dünən, 13:43
    Alkaras “Rolan Qarros”u da buraxacaq, Roma turnirini də
  • Dünən, 13:12
    Drayzaytlla Krosbidən tarixi uğur
  • Dünən, 13:06
    Renat "Lex"ə qarşı oynadı
  • Dünən, 12:42
    Lebron yenə tarix yazdı
  • Dünən, 12:11
    Nərimanın komandası uduzdu
  • Dünən, 11:33
    “Qalatasaray” çempionluğu əldən verdi?
  • Dünən, 11:30
    “Qarabağ”ın futbolçuları İçərişəhərdə azarkeşlərlə görüşdü
  • Dünən, 11:15
    "Qarabağ"ın xal itirmək ehtimalı böyükdü" - Tovuzdan "Tofiq Bəhramov"a azarkeş axını olacaqmı?
  • Dünən, 10:50
    İki cüdoçumuz tatami üzərinə çıxır - Düşənbədə son gün
  • 2-05-2026, 23:0
    “Sabah”ın basketbol komandası da çempionluğa gedir
  • 2-05-2026, 23:0
    Minifutbol millimiz qələbə qazandı
  • 2-05-2026, 22:0
    RFŞ Dambrauskası təbrik etdi - "Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı"
  • 2-05-2026, 22:0
    Acun Ilıcalının komandası pley-offa vəsiqə qazandı!
Daha çox
Oxunub: 191
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 146
"Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
Oxunub: 137
AFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı qərarları niyə açıqlamır? - Erkin Hüseynov susdu...
Oxunub: 133
“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab
Oxunub: 121
“Neftçi”nin dördüncü olmaq şansı “Zirə” ilə müqayisədə daha yüksəkdi
Oxunub: 121
Elvin Cəfərquliyevlə bağlı yayılan bütün xəbərlər yalandı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə