"Qəbələ" Misli premyer-liqasının 8-ci turunda səfərdə "Kəpəz"i məğlub etdi - 1:0.
"Football-plus.az" xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı. Mütəxəssisin oyunla bağlı fikirləri:
"Turnir cədvəlində bir-birinə yaxın kollektivlər qarşılaşırdı. Bilirdik ki, ağır olacaq. Gəncə səfəri istənilən komanda üçün çətin keçir. Kollektivdən oyuna daha çox nəzarət edən tərəf olmağı və kəsərli hücumların təşkil edilməsini istəmişdim. Futbolçularım tələblərimi yerinə yetirdi. Komandamdan istədiyimi aldım. Bu bizim üçün çox vacib qələbədi. Mübariz oyun və qələbə münasibətilə oyunçularımı təbrik edirəm. İndi qarşıdakı matçlara köklənəcik".
- İnamlı oyunla qazandığınız qələbə sayəsində sonuncu pillədən qurtulduz. Bunun növbəti turlar üçün komandaya hansı dərəcədə təsiri olacaq?- Ötən dəfə də oyundan sonra demişdim ki, çempionat hələ yeni başlayıb. Lakin fərqli reaksiyalarla üzləşirik. Təbii ki, oyun keyfiyyətimizi artırmalıyıq. Bunu biz də tərk edirik. Düzdü, qələbə təsadüfən də qazanıla bilər. Amma bu gün komandanım məni və azarkeşlərimizi məmnun etmək üçün çalışması məni sevindirir. Bəzi çatışmazlıqları
[/b]aradan qaldırsaq və xırda oyun elementlərini qaydasına salsaq, daha yaxşı nəticələr əldə edəcəyik.
[b]- İlkin Qırtımovdan mərkəz müdafiəçisi kimi razı qaldız?- O, universal futbolçudu. Məncə, verdiyim tapşırıqların öhdəsindən gəlmək üçün əlindən gələni edir. Deyərdim ki, tapşırıqları layiaincə yerinə yetirir.
- Ahmed Ayzaya əvəzlənəndə ehtiyat skamyadakılara etiraz etdiniz. Nə baş vermişdi?- Ondan əvvəl Allaşı əvəzləmək fikrim bar idi. əyişmək fikrimiz var idi. Etiraf edim ki, Ayzayanın əvəz edilmək istədiyi epizod gözümdən qaçmışdı. Daha sonra onun yerinə Allaşı dəyişdik. Ayzaya bizim üçün önəmli, potensialı olan oyunçulardan biridi. Daim öz üzərində çalışır. Daha yaxşı ola bilər. Düşünürəm ki, bu mövsüm fərqli Ayzaya görmək ehtimalı daha çoxdu.
KƏNAN BAHADIR