“Boka” uğursuzluğa son qoydu, amma...

30.09.2023 00:51 254
Dünya futbolu
Argentina Liqa Kubokunda (LK) son 10 gündə 5-ci və 6-cı turun oyunları keçirildi. Qeydə alınan nəticələrdən sonra qruplarda yüksək yerlər uğrunda mübarizə bir qədər də gərginləşdi.

"Football-plus.az" xəbər verir ki, bəri başdan qeyd edək ki, iki turda yalnız bir komanda maksimum nəticə əldə edə bildi. Buna A qrupunda yarışan “Atletiko Urakan” nail oldu. Dieqo Martinesin komandası öz meydanında əvvəlcə “Ximnasiya”nı 2:0, sonra isə “Veles Sarsfild”i 3:0 hesabıyla məğlub etdi. Bu nəticə paytaxt klubuna xalını 12-yə çatdırmaq və qrupda 1-ci yerə yüksəlmək imkanı verdi. “Kolon”un da hesabında bu qədər xal var. Santa Fe klubu səfərdə “İnstituto”ya uduzandan (1:3) evdə “Arxentinos Xuniors”a qalib gəldi (3:1). “Kolon” “Atletiko Urakan”dan yalnız topların daha yaxşı fərqinə əsasən geri qalır. Bu qrupda “İndependyente” 11 xalla 3-cü, iki oyuna 4 xal qazanan “River Pleyt” isə 10 xalla 4-cü yerdədi. Hərçənd “Talyeres de Kordoba” ilə “Arxentinos Xuniors” da bu qədər xala malikdi. Argentinanın son çempionu bu komandaları topların daha yaxşı fərqinə əsasən qabaqlayır.
B qrupunda isə yalnız bir komanda liderdi. “Rasinq” iki tura 4 xal yığmaqla 1-ci yerə yüksəldi. Son oyunlarda eyni nəticəni göstərən “Belqrano” 10 xalla 2-ci yerdədi. 5-ci tura şərikli lider kimi başlayan “Nyuellz Old Boyz” isə hər iki oyunda uduzaraq birdən-birə 7-ci yerə düşdü.

Ümumiyyətlə, KL-da mübarizənin kifayət qədər gərgin olduğu göz qabağındadı. Təsadüfi deyil ki, ölkənin digər nəhəngi “Boka Xuniors” hələ də orta sıralardan qurtula bilmir. 2-4-cü turlarda ardıcıl üç məğlubiyyət alan Mariano Erronun çalışdırdığı komanda bu oyunlarda qol da vura bilməmişdi. “Boka” uğursuz seriyaya 5-ci turun “Sentral Kordoba” ilə səfər oyununda 3:0 hesablı qələbə ilə son qoydu. Amma “göy-sarılar” növbəti matçda “Lanus” ilə 1:1 hesablı heç-heçəyə nail oldu. 4-cü turdan sonra 12-ci yerdə olan “Boka Xuniors” indi 9-cu pillədədi.

qrup mərhələsi, 5-ci tur
Atletiko Urakan - Ximnasiya 2:0
F.Pereyra, 52. Matsantini, 90+4.
İnstituto - Kolon 3:1
A.Martines, 11; 71. Barryentos, 90+3 – Abila, 7.
Arxentinos Xuniors - Talyeres de Kordoba 3:1
Erediya, 45. Vilyalba, 48. Qondou, 76 – L.Suares, 73.
Rosario Sentral - İndependyente 1:1
Kampas, 76 - Baes, 45.
River Pleyt - Atletiko Tukuman 1:0
Rondon, 90+4.
Sentral Kordoba - Boka Xuniors 0:3
Blondel, 49. Xanson, 65. Benedetto, 90+3.
Lanus – Sarmyento 0:0
Barrakas Sentral - Banfild 1:0
A.Dominyes, 30.
Defensa y Xustisiya - Tiqre 2:0
Pratto, 68. Tripiçio, 85.
Veles Sarsfild - Arsenal 2:1
Kastro, 13. İ.Mendes, 72 – Broçero, 47.
Estudiantes - San Lorenso 0:0
Rasinq - Nyuellz Old Boyz 2:1
X.Qomes, 71. Martirena, 90+7 – May, 90+3.
Belqrano - Platense 3:0
Rebola, 51. Marin, 64. Passerini, 90+2.
Union - Qodoy Krus 0:0
6-cı tur
Atletiko Urakan - Veles Sarsfild 3:0
Kokkaro, 3. Canetti, 47-öz qapısına. R.Eçeverriya, 90+4.
Kolon – Arxentinos Xuniors 3:1
Abila, 46. Batalyini, 54. Mesa, 67 – Qondou, 9.
Talyeres de Kordoba – Barrakas Sentral 4:0
Desabato, 17-öz qapısına. R.Sosa, 22. L.Suares, 45+2. Qalarsa, 90+2.
İndependyente - İnstituto 0:0
Banfild - River Pleyt 1:1
İ.Rodriges, 65 - Solari, 23.
Ximnasiya - Rosario Sentral 2:1
Tarraqona, 44; 55-p. – Servera, 21.
Boka Xuniors - Lanus 1:1
Xanson, 34 – L.Dias, 53.
Sentral Kordoba - Defensa y Xustisiya 2:1
L.Rodriges, 30; 39 – F.Eçeverriya, 70.
Nyuellz Old Boyz – Estudiantes 0:1
X.Sosa, 57.
Tiqre - San Lorenso 0:0
Platense - Union 1:0
Servetto, 63-p.
Sarmyento – Belqrano 0:0
Qodoy Krus - Rasinq 1:1
Alyende, 51 – Rocer Martines, 90+1.
Atletiko Tukuman - Arsenal 1:0
X.Pereyra, 58-p.
A qrupu
1. Atletiko Urakan 6 4 0 2 10-4 12
2. Kolon 6 4 0 2 10-7 12
3. İndependyente 6 3 2 1 6-4 11
4. River Pleyt 6 3 1 2 12-8 10
5. Talyeres de Kordoba 6 3 1 2 10-6 10
6. Arxentinos Xuniors 6 3 1 2 12-11 10
7. İnstituto 6 2 3 1 4-2 9
8. Atletiko Tukuman 6 2 3 1 4-3 9
9. Veles Sarsfild 6 3 0 3 7-8 9
10. Banfild 6 2 1 3 5-5 7
11. Ximnasiya 6 2 0 4 5-11 6
12. Barrakas Sentral 6 2 0 4 4-12 6
13. Rosario Sentral 6 1 2 3 5-8 5
14. Arsenal 6 1 0 5 6-11 3
B qrupu
1. Rasinq 6 3 3 0 9-6 12
2. Belqrano 6 2 4 0 8-4 10
3. Defensa y Xustisiya 6 2 3 1 7-5 9
4. Sarmyento 6 2 3 1 4-2 9
5. Sentral Kordoba 6 3 0 3 6-9 9
6. Qodoy Krus 6 1 5 0 6-5 8
7. Nyuellz Old Boyz 6 2 2 2 6-5 8
8. San Lorenso 6 1 5 0 5-4 8
9. Boka Xuniors 6 2 1 3 7-5 7
10. Union 6 1 4 1 6-5 7
11. Platense 6 2 1 3 6-10 7
12. Estudiantes 6 1 2 3 4-7 5
13. Tiqre 6 1 2 3 2-6 5
14. Lanus 6 0 3 3 4-7 3
Bombardirlər: Kokkaro (Atletiko Urakan), Qondou (Arxentinos Xuniors) - 6, Bareyro (San Lorenso), Morales (Union), Passerini (Belqrano) - 4.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul