• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi”də şirkətləşmə prosesi başlayıb - TƏHLİL

Ölkə futbolu / Manşet

28-09-2023, 13:0

“Neftçi”nin yeni strukturu təsdiqlənib.

Kluba Müşahidə Şurası rəhbərlik edir. Əvvəlcədən məlumat verdiyimiz kimi, “ağ-qaralar”ın baş icraçı direktoru isə Fərrux Mahmudovdu. Müşahidə Şurasının idman üzrə müşaviri vəzifəsini Kamil Məmmədov yerinə yetirir. Strukturda yeni departamentlər qruplaşdırılıb. İdman direktoru isveçli mütəxəssis Yens Andersson, administrativ işlər üzrə direktor isə Səbuhi Rzayevdi. Maliyyə üzrə direktor vəzifəsini Namiq Əlizadə icra edir. “Neftçi”nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimlidi. Yenilənmiş struktur daha da mərkəzləşdirilib. Buna əsasən, departamentlər baş icraçı direktora tabedi, o isə müvafiq olaraq, Müşahidə Şurasına hesabat verir.

Klubda bir sıra yeni təyinatlar da olacaq. Bununla bağlı məlumat yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdırılacaq. Zaur Əzizov “ağ-qaralar”dan ayrılmayacaq. Onun konkret vəzifəsinin nə olacağı ilə bağlı məlumat yaxın günlərdə açıqlanacaq. Bundan başqa, tanınmış jurnalist Emin Əfəndi flaqmanın yeni mətbuat katibi olub.

İndi gəlin, klubda kimin hansı iş görəcəyini sadə dillə izah edək. Ölkənin ən köklü klubu artıq şirkət kimi idarə olunacaq. Müşahidə Şurası baş verən bütün proseslərə nəzarət edəcək. Fərrux Mahmudov klubun qarşısındakı öhdəlikləri yerinə yetirməlidi. O, işlək struktura nəzarət etməlidi. Ən çox sual doğuran məqam Kamil Məmmədovun nə işlə məşğul olacağıdı. Tanınmış agent Müşahidə Şurasının idman üzrə müşaviri vəzifəsini icra edəcək. Amma bu, rəsmiyyətdə belədi. Kamil bəy baş məşqçiyə lazım olan futbolçuların tapılmasında, komandanın formalaşmasında yaxından iştirak edəcək. Yens Andersson, Səbuhi Rzayev və Namiq Əlizadənin vəzifələri aşağı-yuxarı hamıya bəllidi. Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin “Neftçi”dən uzaqlaşdırılacağı gözlənilirdi. Lakin bu, baş vermədi. Çünki Rüstəm bəyin indiyəqədərki xidmətləri rəhbərlik tərəfindən yüksək qiymətləndirilib. O, departamentin kommersiya direktoru təyin olunub. Həmkarımız “Neftçi”yə yeni sponsorların tapılmasına, əməkdaşlıqların qurulmasına nəzarət edəcək. Bundan başqa, “Neftçi” futbol məktəbi də onun tabeliyində olacaq. Departamentin kommunikasiyalar üzrə direktoru Aysu İbrahimli isə “Neftçi TV”yə nəzarət edəcək. Xanım həmkarımız flaqmanın ictimaiyyət arasındakı imicinin daha da yaxşılaşmasına təkan verməlidi. Yeni mətbuat katibi Emin Əfəndi isə Adrian Mutu ilə birgə konfranslarda iştirak edəcək. Komandanın üzvlərinin mediaya açıqlama və ya müsahibə verməsinə nəzarət edəcək. Bundan əlavə, mətbuatla əlaqələrin daha da yaxşılaşmasına çalışacaq. Zaur Əzizovun yenilənmiş “Neftçi”də nə işlə məşğul olacağı isə hələ ki bəlli deyil. Yaxın günlərdə onun da vəzifə səlahiyyətlərini anlayacağıq.

Bu dəyişikliklər nə vəd verir? Həm azarkeşlər, həm də futbol ictimaiyyəti hazırda “Neftçi”də baş verən proseslərdən narahatdı. Çünki komandanın nəticələri heç də ürəkaçan deyil. Əvvəlki illərdə belə durumlarda iki-üç nəfər günahkar hesab olunur, ictimaiyyət onların üzərinə düşür, istefasını tələb edirdi. “Neftçi”nin marketinqlə, akademiya ilə bağlı uğurları kölgədə qalırdı. Yaxud flaqman rəhbərliyi bu prosesləri özününküləşdirərək pis nəticələri ört-bastır edirdi. Müşahidə Şurasının rəhbəri indi “Neftçi”ni şirkət kimi idarə etmək istəyir. Yəni hər sahənin öz rəhbəri var. Onlar da işlərinə cavabdeh olmalıdı. Yəni əsas komandanın uğruna və ya uğursuzluğuna görə Kamil Məmmədov məsuliyyət daşıyacaq. Yens Andersson akademiyanın inkişafına cəhd göstərəcək. Son illərdə “Neftçi”nin yetirmələrinin istənilən səviyyədə olmaması əsas komandanın da nəticələrinə təsir edir. Rüstəm Allahverdiyev Bakı təmsilçisinə yeni sponsorların cəlb edilməsinə çalışacaq. Yuxarıda qeyd etdiyimiz kimi, Aysu İbrahimli isə ictimaiyyət arasında “Neftçi”nin müsbət imicinin formalaşmasına cəhd edəcək. Fərrux Mahmudov bütün bu işlərə nəzarət edərək 6 aylıq və illik hesabatları Müşahidə Şurasına təqdim edəcək.

Bu sistemin yaxşı olub-olmayacağını zaman göstərəcək. Lakin Müşahidə Şurasının qərar verməsi baxımından şirkətləşmə doğru addımdı. Əvvəllər bir adam iki-üç işi bir yerdə görürdü. Bu da ümumi görülən işlərin inkişafına mane olurdu. İndi isə hərə bir prosesə nəzarət edəcək və öz departamentində başverənlərə görə cavabdeh olacaq.

Ola bilər ki, yeni sistem azarkeşlərə və ictimaiyyətə qarışıq görünsün. Ümumi dəyərləndirsək, yeni sistem idarəçilik baxımından daha yaxşıdı. Çünki yekunda “Neftçi”nin əsas komandasının uğurunun və ya uğursuzluğunun səbəbkarının kim olduğunu açıq-aşkar biləcəyik.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

26-09-2023, 12:0

“Neftçi”nin yeni strukturu təsdiqləndi

Ölkə futbolu

28-09-2023, 11:0

“Neftçi"də yeni təyinat

Ölkə futbolu

5-07-2023, 10:0

"Səbail"də icraçı direktor vəzifəsinə təyinat

Ölkə futbolu

29-08-2022, 17:0

Peşəkar Futbol Liqasında icraçı direktor təyin olundu

Premyer-liqa / Manşet

13-07-2023, 13:0

“Tofiq Bəhramov”da yeni direktor – ŞOK AYRILIQ

Ölkə futbolu

5-08-2022, 17:0

"Zirə"nin strukturunda dəyişiklik edildi

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Dünən, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • 5-08-2026, 23:0
    Yığmamız İslandiyaya uduzdu
  • 5-08-2026, 22:0
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • 5-08-2026, 21:0
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • 5-08-2026, 21:0
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • 5-08-2026, 20:0
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • 5-08-2026, 20:0
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • 5-08-2026, 19:0
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • 5-08-2026, 19:0
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 111
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə