“Araz-Naxçıvan” futzal üzrə yüksək liqanın ilk oyununda böyükhesablı qələbənin ardından bu gün məşqləri bərpa edib.
"Football-plus.az" xəbər verir ki, son çempion Olimpik Starda taktiki planda çalışmalar reallaşdırıb. Heyətdə zədəli və cəzalı futzalçı yoxdu. Məşqdən əvvəl 27 sentyabr - Anım günü ilə əlaqədar olaraq ölkəmizin azadlığı və ərazi bütovlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komanda yüksək liqanın 2-ci turunda “Neftçi” İK ilə üz-üzə gələcək. Oyun sentyabrın 30-da, saat 14.00-da Bakı İdman Sarayında keçiriləcək. Zala giriş sərbəst olacaq.