Futzal üzrə Yüksək, Birinci və İkinci liqaların oyunlarının məkanı dəyişdirilib.
Football-plus.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Məlumata görə, qarşılaşmalar əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı İdman Sarayında deyil, "Olimpik Star"da keçiriləcək.
Bundan əlavə, Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi bu turnirlərdə bir dəqiqəlik sükutla anılacaq. Matçlar 9, 10 və 12 fevralda baş tutacaq.