MHL-in rəsmi saytının şərhçisi Den Rozen “Vaşinqton”un rusiyalı forvardı Aleksandr Oveçkinin 2023/24 mövsümündə nə qədər qol vuracağı ilə bağlı proqnoz verməyə çalışıb:
“Oveçkin yeni mövsümdə nə qədər qol vuracaq? Onun sağlam olacağını və ən azı 70 oyuna çıxağını güman etsək, 40-dan artıq. Oveçkin tempi aşağı salmağa hazır olmasıyla bağlı heç bir əlamət nümayiş etdirmir. O, ötən mövsüm keçirdiyi 73 oyunda 42, 2021/22 mövsümündə isə 77 oyunda 50 qol vurub. Bəli, bazar günü 38 yaşını tamamladı. Ancaq Aleksandra zaman “əlcək atır”, ona görə ki, hələ də MHL-də hamıdan yaxşı zərbə vurmağı bacarır”.
"Football-plus.az" xəbər verir ki, 38 yaşlı rusiyalı ulduz MHL karyerası boyunca 822 dəfə fərqlənib. MHL-də yeni mövsüm oktyabrın 11-də başlayacaq. “Vaşinqton” ilk oyunda “Pittsburq”u qəbul edəcək.