"Qarabağ" - "Molde" oyunu azarkeş sayına görə neçəncidi?

22.09.2023 11:55 243
Avropa Liqası
Avropa Liqasının qrup mərhələsinin 1-ci turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, "Qarabağ" və Norveç "Molde"si arasında Bakıda gerçəkləşən qarşılaşmanı tribunalarda 26 500 tərəfdar izləyib.

Bu görüş siyahının 8-ci pilləsində yer alıb.

Qeyd edək ki, oyun Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə bitib.