“Lion”un sahibi Con Tekstor komanda üçün yeni baş məşqçi axtarışını davam etdirir.
"Football-plus.az" xəbər verir ki, “L'Equipe”in yaydığı məlumatına görə, italiyalı mütəxəssis Cennaro Qattuzo klub rəhbərindən telefon zəngi almadığından karyerasını davam etdirməklə bağlı başqa variantlarla məşğul olmağa başlayıb. Hələ ki komandanı Jan-Fransua Vulyez məşqə çıxarır, ona Jeremi Breşe ilə Anderson yardım edir.
Xatırladaq ki, “Lion” sentyabrın 11-də ötən ilin oktyabrından bəri “sükan arxasında” olan Loran Blanın qovulduğunu elan edib. Komanda 4 turdan sonra turnir cədvəlinin son pilləsində qərarlaşıb.