Stepanenko bu kluba keçdi - ÖZÜ AÇIQLADI

11.09.2023 18:15 471
İdman / Manşet
Qadın voleybolçulardan ibarət millimizin üzvü Marqarita Stepanenko karyerasını Macarıstanın BRSE komandasında davam etdirəcək.

30 yaşlı hücumçu özü bu barədə "Football-plus.az"a məlumat verib. O, yeni komandası ilə 1 mövsümlük müqavilə imzalayıb.

Qeyd edək ki, Marqarita ötən mövsümü Ukrayna təmsilçisi "Prometey"də keçirib.

CAVİD ƏLİYEV