Qəbələdə qolsuz sülh

10.09.2023 19:59 246
Premyer-liqa
Milli komandaların matçları ilə əlaqədar yaranan fasilə dövründə “Qəbələ” “Araz-Naxçıvan”la görüşüb.

“Football-plus.az” xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub. Görüşdə yığmaların düşərgəsində olan futbolçular iştirak etməyiblər.
Oyun qarşılıqlı hücumlarla keçib. Hər iki komanda qol imkanları yaratsa da, rəqib qapısına yol tapa bilməyib.

Beləliklə, Misli premyer-liqası təmsilçilərinin Qəbələ şəhər stadionundakı dueli qolsuz heç-heçə ilə yekunlaşıb.