Ölkə çempionatında iştirak edəcək futzal klubları bəlli oldu

8.09.2023 12:37 253
İdman
2023/24 mövsümündə futzal üzrə Yüksək Liqada iştirak edəcək komandaların siyahısı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, İcraiyyə Komitəsinin qərarı ilə yarışda 6 kollektiv mübarizə aparacaq.

“Araz-Naxçıvan”, “Neftçi”, “Baku Fire”, U-19, “Yasamal-Baku” və “Record club” çempionluq uğrunda yarışacaqlar. Dairəvi sistemlə keçiriləcək turnir 4 dövrədən ibarət olacaq.

Mövsümə sentyabrın 26-da start veriləcək.