• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Komanda liqada qalmaq şərtiylə Elmar Baxşıyev “Qəbələ”dən getməyəcək"

Premyer-liqa / Manşet

2-09-2023, 21:0

"Qəbələ" Misli premyer-liqasının 5-ci turunda "Zirə"ni qəbul edib - 1:0.

"Football-plus.az" xəbər verir ki, matçdan sonra "Qəbələ"nin prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb.

- Ardıcıl 4 məğlubiyyətdən sonra komandanız bu gün ilk qələbəsini qazandı. “Zirə” üzərində qələbəni necə şərh edərdiz?
- Komandamız bu dəfə daha yaxşı oynadı. Bu oyunla dirçələcəyik. Qələbəyə baxmayaraq, bu yenə də mənim istədiyim oyun, həmin "Qəbələ" deyil, hər 8-10 dəqiqədən bir rəqib qapısında təhlükə yaratmırıq. 

- Bu qələbə psixoloji baryeri aşmağa imkan verəcək?
- Liderə qalib gəlmişik. Bəli, düşünürəm ki, bu qələbə psixoloji baryeri keçmək üçün kömək olacaq. Əslində, 5-ci turda qələbəyə hər cür fikir bildirmək olar. Komandanın hansısa oyunda qələbə qazanacağına inanırdım. "Sabah"la oyun istisna olmaqla əvvəlki matçlarda da pis oynamırdıq. Həmin görüşdə komandada yorğunluq var idi. Cəmi 2 gün vaxtımız olmuşdu, yolda çox vaxt itirmişdik. Gözləyirdik ki, oyun təxirə salınsın. Amma PFL fərqli qərar qəbul etdi. 

- Oyunun təxirə salınması üçün PFL-ə müraciət etmişdiz? 
- Xeyr, müraciət etmək istəmədik. Onlar özləri bunu düşünməli idi. Nəzər almalıydılar ki, bir gün yolda olmuşuq. Sanki həmin oyunda olan məğlubiyyətlərə görə komanda həmin atmosferdən çıxa bilmir. Analizlər edib çox şey danışmaq olar. Bu vəziyyətdən çıxmaq lazımdı. Öz oyunumuzu göstərməliyik. 

- Belə söhbətlər gəzirdi ki, bu oyunda məğlubiyyət Elmar Baxşıyev üçün sonuncu ola bilər... 
- Xeyr, bu, mümkün deyil. Komanda liqada qalmaq şərtiylə Elmar Baxşıyev “Qəbələ”dən getməyəcək. Elmar Baxşıyevə və futbolçularıma tam inanıram. İnanıram ki, yaxşı oyun göstərib azarkeşlərimizi sevindirəcəyik. Baş məşqçinin qarşısına avrokuboklara vəsiqə qazanmaq kimi bir tapşırıq qoyulmayıb. 3 il ard-arda avrokuboklarda çıxış etdik. Ola bilər ki, bu mövsüm belə bir nailiyyət əldə edə bilməyək. 

- Transfer pəncərəsinin bağlanmasına az qalıb. Yeni futbolçunun gəlişi gözlənilir?
- Danışıq apardığımız futbolçu var. Hücum mövqeyində çıxış edir. Yəqin ki, qarşıdakı günlərdə bu keçidi reallaşdıracağıq. 

- Belə görünür ki, “Qəbələ”nin maliyyə durumunda bir dəyişiklik yoxdur...
- Ötən illərdə komanda tam dağıldığı bir anda sıfırdan heyət yığdıq. Futbolçularla 1 illik müqavilə imzalamağımız səbəbsiz deyil. Çünki dövlətin ayırdığı maliyyə hər dəfə bir illik olur, heç kim təminat vermir ki, bu, uzunmüddətli olacaq. Ona görə də 1 illik müqavilə bağlamalı oluruq. Əks halda gərək evimi, maşınımı satım, futbolçuların pulunu verim. Büdcə asılılığı dayanıqlı deyil. 

- Keçən il akademiya ilə bağlı sponsor cəlb olunmuşdu. Bunun ardı gələcək?
- Danışıqlar gedir. Sponsorlar dostluq əlaqələrimdən yaranan bir şeydi. Hamıdan çox mən istəyirəm ki, akademiya daha da güclü olsun. 

- Sabiq futbolçunuz Qismət Alıyev həmişə Qəbələdə azarkeşlərlə insident yaşayır. Bunun səbəbi nədi?
- Qismət burdan narazı ayrılmayıb. Akademiyanın ən uğurlu oyunçularından olub. Onun xətrini çox istəyirəm. Oyununu dəstəkləyirəm. Azarkeşlər bəzən ondan qaydalara riayət etməsini istəyir. Oyunla bağlı ona heç kim heç nə deyə bilməz. Bu məsələyə şəxsən mən cavabdehəm.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

2-09-2023, 20:0

"Güclənməyə ehtiyacımız var"

Ölkə kuboku / Manşet

3-06-2023, 23:0

"Daha da yaxşı "Qəbələ" görmək istəyirəm" - Elmar Baxşıyev

Premyer-liqa

6-04-2023, 17:0

"Qəbələ"nin "Zirə" ilə 33-cü dueli

Premyer-liqa

18-02-2023, 19:0

"“Qəbələ” oyundan-oyuna daha məzmunlu, dominant oyun sərgiləyəcək” - Elmar Baxşıyev

Aktual
“Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
“Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
Son xəbərlər
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
Daha çox
Oxunub: 220
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 138
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə