1-ci liqa təmsilçisi "İrəvan" Elbrus Məmmədovla yolları ayırıb.
Klubdan "Football-plus.az”a verilən məlumatda çalışdırıcının Qərbi Azərbaycan təmsilçisinin hədəflərinə uyğun gəlmədiyi bildirilib. Artıq "pələnglər"in yeni baş məşqçisi də bəllidi. Bu, Nazim Süleymanovdu. Klubla təcrübəli mütəxəssis arasında rəsmi müqavilə də imzalanıb. Nazim Süleymanov qarşıdakı iki il ərzində Qərbi Azərbaycan təmsilçisini çalışdıracaq.
Dünən rəsmi müqavilə imzalandıqdan sonra yeni çalışdırıcı komandaya təqdim olunub.
İLKİN SULTANLI






