Nazim Süleymanovun qazandığı kubok itib

22.07.2022 16:29 467
Ölkə futbolu
Rusiyanın "Alanya" klubunun 1995-ci ildə qazandığı çempionluq kuboku itib.

"Football-plus.az" xəbər verir ki, bu barədə "Sport Express" nəşri məlumat yayıb. Kubok artı3 ildir ki, axtarılır.

Kubokun komandanın sabiq baş məşqçisi Valeri Qazzayevdə olduğu ehtimal edilsə də, o, bundan xəbərsiz olduğunu deyib. Bundan sonra kubokun itdiyi bildirilib.

Azərbaycan millisinin sabiq üzvü Nazim Süleymanov "Alanya"nın 1995-ci ildə çempion olan heyətində yer alıb. O, 1991 - 1996-cı illərdə bu klubda çıxış edib.