• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Sərgən Yalçın “Neftçi” ilə niyə anlaşa bilməyib?

Premyer-liqa / Manşet

20-08-2023, 19:0

Sərgən Yalçın artıq 20 aydan çoxdu işsizdi.

"Football-plus.az" xəbər verir ki, “Beşiktaş”la 2020/21-də qazandığı tarixi çempionluqdan sonrakı mövsümdə fiaskoya uğrayan 50 yaşlı mütəxəssis 2021-in dekabrında istefa vermişdi. İnternet üzərindən fəaliyyət gösətərn “Doğru təkdir” verilişinə qonaq olan tanınmış futbol adamı yenə açıqlamaları ilə diqqəti çəkib. Yeri gəlmişkən, mütəxəssisin bu mövsüm ölkəmizdə işləmək perspektivi də var idi. “Neftçi” onu danışıqlar üçün Bakıya dəvət etsə də, tərəflər anlaşa bilməmişdi. Sərgən bu məsələyə də toxunub.

* “Beşiktaş”ı çempion etmək heç də mənim əsas uğurum deyil. “Beşiktaş”ı hər kəs çempion edə bilər. Mənim əsas uğurum həmin dönəmdə maddi imkanları geniş olmayan komandanı gəncləri oynatmaqla çempion etmək oldu. O mövsümdə Ərsin Destanoğlu ilə Rıdvan Yılmaz aylıq 20 min lirə, Sərdar Saatçı isə 5 min lirə qazanırdı. Yəni klubu maddi cəhətdən heç bir çətinliyə salmadan çempion olduq.
* Bizim işimiz yalnız məşqçilik deyil. Çünki məşq keçmək, oyunçuları motivasiyalandırmaq kimi şeylər o qədər də çətin deyil. Çətin olan ətrafda başverənlərin öhdəsindən gəlməkdi. Çempionluq mövsümündə mənim ən son gördüyüm iş məşqçilik oldu. Mətbuatla, hakimlərlə, federasiya ilə mübarizə aparmaqdan məqşçiliyə vaxt qalmırdı.
* Türkiyə futbolu legionerlərin at oynatdığı bir yerdi. Kimin legionerləri güclüdüsə, o da çempion olur! Halbuki tez-tez özümüzə “nə üçün oyunçu yetişdirmirik” sualını veririk. Çünki heç kim oyunçu yetişdirmək dərdində deyil. Hamı asan yola qaçır: pulu verim, gəlsin oynasın. Ona görə də Türkiyədə futbolçu yetişmir. Həmişə “Ayaks”ı örnək gətirirlər. Heç “Ayaks”ın bazasını görmüsüzmü? Orda neçə məşq meydançası olduğunu bilirsizmi? “Ayaks” modelini örnək götürənlərin heç məşq etməyə normal stadionu da yoxdu. “Ayaks”da futbola baxış, futbolçu yetişdirmək kimi şeylər tam başqa səviyyədədi.
* “Göztəpə”yə qarşı səfərdəki çempionluq matçının son 5 dəqiqəsi bizə 10 il kimi gəldi. Fırat Aydınus əlavə olunmuş 5-ci dəqiqə tamam olan kimi fitini səsləndirdi. Biz isə hələ də oyunun bitdiyinə inana bilmirdik. Məlum səbəblər üzündən hər kəs üçün çox çətin mövsüm oldu. Amma bizim şərtləri nəzərə alanda mövsüm “Beşiktaş” üçün çox uzun və çətin keçdi. Çünki o komanda ilə o hədəfə çatmaq mümkünsüzü bacarmaq kimi bir şey oldu. Bəlkə də həyatımın ən sevincli gününü yaşadım.
* Xatırlayırsızsa, çempionluqdan bir qədər sonra “artıq işimiz daha çətin olacaq” demişdim. Çünki bizdə uğuru paylaşmağı bacarmırlar! Hər kəs bunu öz üstünə çəkməyə çalışır. Bu üzdən işimiz çətinləşdi. Təsəvvür edin, 45 günlük bir qeyri-müəyyənlik yaşadıq. Halbuki çempion olmuş məşqçiyə ertəsi gün düşünmədən yeni müqavilə təklif olunmalıydı. O qeyri-müəyyənlik o qədər uzun çəkməməliydi. Bir komanda ona çempionluq yaşatmış məşqçini mətbuatın dilinə dolaşdırmamalıdı. O dönəm həqiqətən də bizi çox yordu.
* Mənim hədəfim yığma komandadı. Türkiyə yığmasının başına keçmək üçün çox gözlədim. Fikrimcə, bu vəzifə indi mənim üçün çox uyğundu. Düzdü, orda indi baş məşqçi var və sözlərimin yanlış anlaşılmasını istəmirəm. Həmin məşqçi (Ştefan Kuntsu nəzərdə tutur – red.) mənlə bağlı ağzına gələni danışmışdı. Amma mən onunla bağlı pis bir şey söyləmək istəmirəm.
* Mənim bütün uşaqlığım ev ilə məşq bazası arasındakı yollarda keçib. Ona görə də “altyapı”dakı uşaqların nələr çəkdiyini gözəl bilirəm. Ərsini, Rıdvanı gözəl anlayıram. Ərsinə ilk dəfə onu oynatmaq istədiyimi deyəndə əli-ayağı titrəyirdi. Ona “istəyirsən lap hər oyunda 10 qol burax, yenə də sən oynayacaqsan” dedim. Mənə əcnəbi qapıçı almaq üçün az qala yalvarırdılar. Amma “almayacam, qardaşım” dedim. Çempionatı Ərsin, kuboku Utku Yuvakuranla keçirdik. Çünki ikisinə də güvənirdim. O inamı onlara aşıladım. Amma indi bu oyunçuların heç bir ortalıqda yoxdu. Ərsin də, Utku da oynamır. Rıdvan artıq ayrılıb. Əmirhan İlkhanı əsas komandaya mən cəlb etdim. Sonra 4 milyon avroya “Torino”ya yollandı. Bəziləri ağız büzdü. Amma 4 milyon avro böyük puldu. Çünki ondan cəmi 3-4 ay öncə Əmirhana görə heç 400 min lirə də verən olmazdı.
* İsmayıl Kartalın əlinə çox güclü heyət veriblər. İsmayıl hoca “Fənərbaxça”nı yaxından tanıyan yaxşı bir məqşçidi. Bu heyətlə zatən uğur qazanmağa məcburdu. Bu heyətlə heç istəsə belə 4-cü ola bilməz. Konfrans Liqası Avropada ən aşağı səviyyəli turnirdi. Bizimkilərin qarşılaşdığı klublara baxıram və onlardan bəzilərini, ümumiyyətlə, tanımıram. Yəni bu mövsüm bir-iki komandamız o turnirdə ən azı 1/4 finala qədər irəliləyə bilər. KL-də uğur qazanmaq mümkündü.
* “Beşiktaş”ın oturuşmuş heyəti var. Ara-sıra yeni transferlər də gəlir. Komandanın başında Şenol Günəş kimi təcrübəli məşqçi dayanıb. Fanatlar transfer siyasətindən narazıdı. Amma məncə, rəhbərlik klubun maddi durumunu düşünərək hərəkət edir. Bu məntiqlidi. 10-20 milyon avrolar, imza paraları… Hər kəs bunun altından qalxa bilməz. Əslində bu pulları vermək problem deyil. Amma bununla yanaşı, oyunçuya hər ay maaş da ödənilir. Məncə, bəzi maaşlar ölkəmizdə çox da düzgün açıqlanmır. Aşağı məbləğlər açıqlanır. Əslində isə bəzilərinə ondan ikiqat çox pul verilir.
* Bu yay “Neftçi” ilə görüşdüm. Danışıqlar prosesi gözəl məcrada keçdi. Amma bəzi maddi problemlər oldu. Öz müqaviləmdən bəhs etmirəm. Klubun büdcəsi istədiyimiz səviyyədə deyildi. Digər tərəfdən Azərbaycana oyunçu gətirmək asan məsələ deyil. Onlar bu layihəyə çox da hazır deyildilər.
* Gecə klubuna getmək nə vaxtdan ayıb sayılır? Bir ara mənim gecə klubunda görüntülərim ortaya çıxdı. Qardaşım, bunda qeyri-adi nə var? Mən evli deyiləm, subayam. Tək başıma yaşayıram. Şəxsi həyatım var. Bununla bağlı da heç kimə açıqlama vermək məcburiyyətində deyiləm.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-09-2022, 23:0

Sərgən Yalçından atası ilə bağlı etiraflar - AÇIQLAMA

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 422
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə