Misli premyer-liqasının 3-cü turunda evdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olan "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
"Football-plus.az" xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
"İlk yarıda istədiyim komandanı görmədim. Fərq 2 topa qədər yüksəldikdən sonra istədiyim "Qəbələ"ni gördüm. Razı deyiləm. Komanda şəklində 3 məğlubiyyətdən ibarət acı seriyanı qırmalıyıq"
- Fasilədə nəyi dəyişdiniz?
- Qlobal bir şey olmadı. Sadəcə, daha aqressiv olmaq lazım idi. Məncə, bəxt qonaqların tərəfində oldu.
- Komanda psixoloji təzyiq altındadı?
- Xeyr, psixoloji təzyiq olsa, 90 dəqiqə bu gərginliyi yaşayardıq.
- Rəşad Əzizliyə şans tanımamağınızın səbəbi nədədi?
- Zədə. Onu əvəzedici kimi götürməmişəm. Ona şans verəcəm.
- Qarşıda "Neftçi" və "Zirə" gözləyir sizi...
- İlk 3 turdan sonra belə nəticəmizi heç kəs gözləmirdi. Komandama güvənirəm.
- Yeni transferlər gözlənilir?
- Daha çox hücum xəttinə futbolçu axtarırıq.