• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şəfəq Kərimova voleybolumuzun gələcəyinə inanır - MÜSAHİBƏ

İdman / Manşet / Müsahibə

17-08-2023, 18:0

Qadın voleybolçulardan ibarət yığma sabah AÇ-də ilk oyuna çıxacaq.

Rəqib isə Çexiyadı. Komandanın turnirə hazırlığı ilə bağlı Voleybol Federasiyasının mətbuat xidmətnin rəhbəri, sabiq voleybolçu Şəfəq Kərimova ilə söhbətləşdik.

- Milli komandanın AÇ-yə ayyarımlıq hazırlığı barədə danışardız…
- Hazırlıq başa çatdı. Qızlarımız artıq turnirin keçiriləcəyi Almaniyanın Düsseldorf şəhərindədi. Toplanış müddətində bir sıra yoxlama oyunları keçirildi. Qalib gəldiyimiz, məğlub olduğumuz və heç-heçə etdiyimiz oyunlar oldu. Kiçik zədə alanlar olsa da, şükür, indi hər şey qaydasındadı.

- Şəfəq xanım, azarkeş dəstəyi ilə bağlı Almaniyadakı səfirlik və diaspor ilə əlaqə saxlamısızmı?
- 20 gündən çoxdu ki, federasiya səfirlik və diaspor üzvləri ilə əlaqə saxlayır. Bilirsiz ki, qrupdan çıxa bilsək, Belçikaya yollanacağıq. Buna görə də həmin ölkədəki vətəndaşlarla da əlaqə qururuq. Ordakı soydaşlarımız bizə dəstək olacaq. Lakin onların sayı haqda məlumatımız yoxdu.

- Yeni rəhbərlik gələndən sonra bölgələrdə seleksiya işləri aparılır. Bu prosesin gedişi barədə məlumat verərdiz…
- Yeni rəhbərliyin gəlişindən sonra bölgələrdə seleksiya işi aparmaq üçün müxtəlif tunirlər təşkil olundu. Hazırda isə Bakı və Sumqayıt regionlarından olan 55 gənc istedadla “Dərnəgül Voleybol Mərkəz”ində məşğul oluruq. Həqiqətən də federasiya tərəfindən bu işə böyük dəstək var. Yeni planlar gözlənilir. Biz də çalışırıq ki, Azərbaycanda olan gənc istedadları üzə çıxaraq. İdman gözəl sahədi. Çünki sənin öz ölkəni dünya miqyasında təmsil etmək imkanın olur. Bu da hamıya qismət olmur. Buna görə də qızlarımızı, oğlanlarımızı bu sahəyə dəvət edirik. Həm zal voleyboluna, həm də çimərlik voleyboluna həvəsi olanlar federasiya ilə əlaqə saxlaya bilərlər. Biz heç bir istedadlı uşağın gözdən istməsini istəmirik. Gənc nəsil davamçımızdı. İnşallah, yeni işlərimizlə ölkə voleybolunu yüksək səviyyəyə gətirəcəyik. Biz elə bir ölkədə yaşayırıq ki, dövlət başçısı həmişə ölkə idmanına böyük qayğı göstərir. Bunun nəticəsi kimi idmançılarımız dünya miqyasında bayrağımızı ən yaxşı şəkildə dalğalandırır.

- Azərbaycan xalqının mentallığı fərqlidi. Bəzi ailələr qız övladlarının idmanla məşğul olmasını istəmirlər. Sizin buna münasibətiniz necədi?
- Düşünürəm ki, Azərbaycanda idman sahəsinə maraq böyükdü.Voleybol da ölkəmizdə sevilən peşələrdən biridi. Mən həmişə demişəm ki əvvəlcə uşaqlarda bu sahəyə maraq olmalıdı. İnanıram ki gələcəkdə güclü voleybolçular üzə çıxacaq. Qızlarımızın voleybola sevgisini görürük.

- Ölkə voleybolunun hazırkı durumu sizi qane edirmi?
- Düzdü, son illər Azərbaycan voleybolunda durğunluq oldu. Bunun da müəyyən səbəbləri var idi. Pandemiya ən böyük təsir edən amil idi. Şükürlər olsun, indi hər şey öz yoluna gəlir. Artıq kişi voleybolu ilə də bağlı müəyyən planlar var. Yaxın zamanda bunlar haqda da məlumat veriləcək.

- Voleybol oynadığınız dönəmlə indiki dövrü necə müqayisə edərdiz?
- Hər sahədə olduğu kimi, idmanda da yeniliklər olur. Gənclərimizin də həyata baxışı dəyişir.Onların bir hissəsi müasir texnologiyalara maraq göstərir. Mən özüm də 7 ilə yaxın milli komandada çıxış etmişəm. O zaman Azərbaycan voleybolunun ən parlaq dönəmləri idi. İnanıram ki, yenidən azərbaycanlı voleybolsevərlər uğurlarımızın sevincini yaşayacaqlar.

CAVİD ƏLİYEV

Paylaş:
Digər xəbərlər

İdman / Manşet

25-03-2022, 21:0

Voleybol Federasiyasında hökm sürən qeyri-müəyyənliklər

Aktual / Çempionlar Liqası

26-07-2023, 15:0

"Qarabağ"ı 300-350 azarkeş dəstəkləyəcək

İdman

11-08-2023, 16:0

Millimiz Sloveniyanı məğlub etdi

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Bu gün, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Bu gün, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Bu gün, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Bu gün, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Bu gün, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 243
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 239
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 238
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə