"Sabah" Əliyevlə bir illik müqavilə imzaladı

15.08.2023 10:52 217
İdman
2022/23 mövsümündə "Sabah" basketbol klubu ilə birgə çempionluq sevinci yaşayan Rüstəm Əliyev növbəti mövsümdə də komandada qalacaq.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Əliyevlə yeni müqavilə məsələsində razılıq əldə edib.

29 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb.