Azərbaycanın hakim-inspektoru Niderland millisinin oyununa təyinat aldı

17.03.2023 14:34 209
İdman
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev AVRO-2024-ün seçmə mərhələ oyununa təyinat alıb.

"Football-plus.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, B qrupunun II turunda keçiriləcək Niderland – Cəbəllütariq matçının hakim-inspektoru olacaq.

Qeyd edək ki, martın 27-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.