İlkay Gündoğanın “Barselona” macərası yalnız bir neçə həftə çəkə bilər.
"Football-plus.az" xəbər verir ki, “As” nəşrinin məlumatına görə, klub onu La Liqada qeydiyyatdan keçirə bilməsə, türkəsilli almaniyalı yarımmüdafiəçinin müqaviləni birtərəfli qaydada ləğv etməsi mümkündü. Bununla bağlı müqavilədə xüsusi bənd nəzərdə tutulub. Təcrübəli futbolçu bu həftə “Barselona”da heç bir rəsmi oyun keçirmədən klubu tərk edə bilər.
Xatırladaq ki, Gündoğanın kataloniyalılarla imzaladığı müqavilənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Anlaşmanın sonradan daha 1 illiyə yenilənməsi variantı da var.