Miki van de Ven artıq “Tottenhem”ə məxsusdu. Onun bu kluba keçidi rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, londonluların niderlandlı futbolçuya görə “Volfsburq”a nə qədər təzminat ödəməsinə rəsmən aydınlıq gətirilmir. Amma onun müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə qol çəkdiyi dəqiqdi. 22 yaşlı mərkəz müdafiəçisi “Volfsburq”da 2021-ci ildən çıxış edirdi. Miki Almaniya çempionatında iki mövsüm ərzində keçirdiyi 38 oyunda 1 qol vurub.