• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Arsenal” “Mançester Siti”nin titul seriyasını bitirdi

Dünya futbolu

8-08-2023, 22:0

İngiltərədə futbol mövsümü ənənəvi olaraq Superkubok uğrunda oyunla başladı.

"Football-plus.az" xəbər verir ki, titul uğrunda oyunda “Mançester Siti” ilə “Arsenal” üz-üzə gəldi. Xatırladaq ki, buna qədər komandalar 211 dəfə qarşılaşmış, bunların 208-i ölkədaxili turnirlərə, o cümlədən Superkuboka təsadüf etmişdi. Superkubok uğrunda keçirilən hər iki oyundan “topçular” qalib ayrılmışdı (1934, 2014), özü də darmadağınla – 3:9, 4:0. Ötən mövsüm isə “Siti” “Arsenal”ı iki dəfə ölkə çempionatında, bir dəfə ölkə kubokunda məğlub etmişdi.Sözsüz, “şəhərlilər” favorit sayılırdı. Ən azı ona görə ki, Qvardiolanın komandası son mövsümü trebllə bitirmişdi. Ancaq londonluların da əks dəlilləri var idi. Söhbət ilk növbədə çox keyfiyyətli transfer kampaniyasından gedir. Oyunun axarına gəlincə, ilk yarının ortalarına qədər qol vəziyyəti görmədik – “Sit”i topa və ərazi üstünlüyünə yiyələnsə də, Remsdeyli oyuna qoşulmağa məcbur edə bilmirdi. Uzaqbaşı bir neçə uzaqdan zərbəni xatırlamaq olar. İntizamla müdafiə olunan “Arsenal” tədricən təşəbbüsü ələ keçirməyə başladı. Və təhlükəli vəziyyətləri də çox gözləmək lazım gəlmədi. Haverts iki gözəl şansı qaçırdı, onun zərbələrinin öhdəsindən Orteqa gəldi. Qvardiola 2-ci hissənin ortalarında Foden, De Bruyne və Palmeri meydana buraxmaqla meydandakı mənzərəni dəyişdi. Bernardo Silva isə dayaq zonasına – Rodrinin yanına çəkildi. Məhz oyuna sonradan qoşulanlar ilk qolu yaratdı. Foden topu meydanın rəqibə aid hissəsinə daşıdı, həmin hücumun 2-ci dalğasında De Bruynedən ötürmə alan Palmer sol güncə gözəl zərbə vurdu. Tezliklə “Siti” iki dəfə fərqi artırmağa yaxın oldu, ancaq Remsdeyl Fodenlə Rodrinin təhlükəli zərbələrinin öhdəsindən gəldi. Attuell 2-ci hissəyə 8 dəqiqə artırsa da, komandalar uzun fasilə üzündən bundan artıq oynadı. 11-cu uzatma dəqiqəsində “topçular” Trossarın sayəsində “şəhərlilər”in qapısına yol tapdı. Belədə komandalar qalibi penalti seriyasında müəyyənləşdirməli oldu. “Lotereya”da “Arsenal” fərqləndi – 4 oyunçunun hər biri zərbəni dəqiq yerinə yetirdisə, “Siti”dən De Bruyne ilə Rodri imkanı boşa verdi.

Mançester Siti – Arsenal 1:1, p. – 1:4
Mançester Siti: Orteqa, Uoker, Stounz, Diaş, Akanci, Rodri, Kovaçiç (De Bruyne, 64), B.Silva, Alvares, Qriliş (Foden, 58), Holann (Palmer, 64).Arsenal: Remsdeyl, Uayt, Saliba, Qabriel (Smit-Rou, 87), Timber (Tirni, 76), Edeqor, Parti, Rays (Nketia, 81), Saka, Haverts (Vieyra, 87), Martinelli (Trossar, 75).
Qollar: Palmer, 77 (1:0). Trossar, 90+11 (1:1).
Penalti seriyası: Edeqor – 0:1. De Bruyne – 0:1 (tir). Trossar – 0:2. B.Silva – 1:2. Saka – 1:3. Rodri – 1:3 (qapıçı). Vieyra – 1:4.
Vərəqələr: Parti, 8. Haverts, 27. Alvares, 31. Qabriel, 66 – sarı.
Hakim: Stüart Attuell.
6 avqust. London. “Uembli” stadionu. 81145 tamaşaçı.

Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Gözəl anlardı. Çətin ki, “Uembli”də dünyanın ən yaxşı komandasını məğlub etməkdən yaxşı hadisə ola. Əla qol imkanlarımız var idi, xüsusən də ilk yarıda. Hamı bilir ki, belə imkanları boşa verməyin axırı necə olur. Meydanın mərkəzində kiçik səhvə yol verdik, topu çıxarmadıq, bir saniyə sonra isə onu qapı torundan çıxardıq. Bundan sonra çox çətin oldu. Ancaq biz düzgün qərarlar verdik, dəyişikliklər etdik, oyun sxemini dəyişdik, hesabı bərabərləşdirdik, ardından penalti seriyasında qalib gəldik. Futbol belədi: bu gün titul qazanırsan, sabah isə artıq “Nottingem Forest”lə oyuna hazırlaşmalısan. Addım-addım irəli getməli olduğumuzu bilirik. Qələbə yaxşıdı, komandanı ruhlandırır, inam bəxş edir. Biz, sadəcə, yaxşı oynamaq və qələbələr qazanmaq istəyirik”.

Pep Qvardiola, MS-nin baş məşqçisi: “Uduzub-udmağımızdan asılı olmayaraq, mən indi komandamın hansı vəziyyətdə olduğunu bilirəm. Əvvəlcə bərpa olunmalı və “Bernli” ilə oyuna hazırlaşmalı, ardından Afinaya uçmalı, axşam saat 10-da oynamalı, gecə saat 2-də bitirməli, dönməli və şənbə gün evdə “Nyukasl” ilə qarşılaşmalıyıq. Plan belədi. Birmənalı şəkildə bu gün qalib gəlmək istəyərdik, ancaq bəzən məğlubiyyəti qəbul etmək və rəqibin haqqını vermək lazımdı. Qeyri-adi dərəcədə gərgin mövsümü bitirdik, oyunçular yığmalarının düşərgəsinə yollandılar və bəlkə də heç üç həftə dincəlmədilər. Toplaşdıq, bir qədər Mançesterdə məşq etdik, sonra Asiyaya uçduq ki, orda da məşq etmək mümkünsüzdü. “Bavariya”ya qarşı heç də pis oynamadıq, daha iki oyun keçirdik. Yaxınlarda məzuniyyətdən qayıtdığımızı nəzərə alsaq, çox yaxşı təsir bağışladıq. Uşaqların hələ də işə kökləndiyini gördüm, odu ki, gileylənəsi nəsə yoxdu. Psixoloji cəhətdən artırmaq və birgə qələbələrdən sonra daha yaxşı oynamağa qadir olduğumuzu anlamaq – hədəfimiz budu”.

Faktlar
* Arteta məşqçi karyerasında ikinci dəfə İngiltərə Superkubokunu qazandı. 2019-cu ilin dekabrından “topçular”ı çalışdıran ispaniyalı ilk dəfə bunu 2020-ci ildə bacarmışdı. Artetanın bu komandanın “sükanı arxasında” üç titulu var. 2019/20 mövsümündə də ölkə kubokunu qazanıb.
* “Arsenal” Superkubok oyunlarında qələbə sayına görə təmiz 2-ci yerə çıxdı. “Topçular” ümumilikdə 17 dəfə bu titulu qazanıb. Onlar “Liverpul”dan (16) uzaqlaşdılar və yalnız “Mançester Yunayted”dən (21) geri qalırlar.
* “Mançester Siti” ardıcıl üçüncü dəfə Superkubok uğrunda oyunda uduzdu. “Şəhərlilər” 2021-də “Lester”ə (0:1), ötən il isə “Liverpul”a (1:3) boyun əymişdilər.
* Qvardiola məşqçi karyerasında 2-ci dəfə Artetaya uduzdu. Arteta “sükan arxasına” keçəndən bəri bu mütəxəssislər 10 dəfə qarşılaşıb. Qvardiola 8 qələbə qazanıbsa, rəqibinin 2 qələbəsi var. Artetanın komandası buna qədər Qvardiolanın komandasını sonuncu dəfə 2020-ci il iyulun 18-də ölkə kubokunun yarımfinalına məğlub etmiş, ardından 7 oyunda uduzmuşdu. Həmin oyunlarda top fərqi 21:4 idi.
* Holann MS-nin heyətində keçirdiyi ardıcıl 6-cı oyunda fərqlənə bilmədi. 64-cü dəqiqədə əvəzlənən 23 yaşlı norveçli hücumçu heç bir məhsuldar hərəkətlə yadda qalmadı. “Siti”nin heyətində ardıcıl 6-cı rəsmi oyunda fərqlənməyən Holann sonuncu dəfə mayın 14-də “Everton”un (3:0) qapısına yol tapıb.
* Holann bu oyunda cəmi 13 dəfə topa toxuna bildi. Bu isə meydana çıxan bütün oyunçular arasında ən aşağı göstəricidi. Forvard rəqibin cərimə meydançasında bir dəfə də topa yiyələnmədi, əvəzində 7 dəfə meydanın komandasına aid hissəsində top onda oldu. Norveçli həmçinin “Arsenal”ın qapısına bir zərbə də vurmadı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-05-2022, 18:0

"Arsenal" "Mançester Siti"nin hücumçusunu transfer edə bilər

Dünya futbolu

10-10-2022, 13:0

"Arsenal" hazırda "Mançester Siti"dən daha yaxşıdı" - Qvardiola

Dünya futbolu

28-05-2023, 19:0

Premyer-liqanın rəmzi komandası

Dünya futbolu

11-04-2023, 20:0

MS yayda bu kluba oyunçu satmayacaq

Dünya futbolu

4-02-2023, 23:0

“Mançester Siti”də növbəti itki

Aktual
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Son xəbərlər
  • Bu gün, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Bu gün, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Bu gün, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Bu gün, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Bu gün, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Bu gün, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Bu gün, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Bu gün, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Bu gün, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Bu gün, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Bu gün, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
Daha çox
Oxunub: 197
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 137
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 118
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə