Kişilərdən ibarət basketbol millimizin 2027-ci il Qətərdə keçiriləcək Dünya çempionatının ilkin təsnifat mərhələ oyunlarında qarşılaşacağı rəqiblər müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Almaniyanın Münhen şəhərində baş tutmuş püşkatma mərasiminin nəticələrinə əsasən, milli komandamız A qrupunda İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə mübarizə aparacaq.
Qrup oyunları dairəvi sistem ilə oynanılacaq. Üç qrup qalibi ilə birgə ən yaxşı qrup ikincisi, 2025 -ci ilin yayında baş tutacaq Dünya çempionatının ilkin təsnifat mərhələsinin ikinci mərhələsinə yüksələcəkdir.
Qeyd edək ki, təsnifat mərhələsinin ilk qrup oyunları 2024-cü il fevralın 19-27-si tarixlərində keçiriləcək.