Gimnastlarımızdan bürünc medal

6.08.2023 18:30 184
İdman
Belarusun paytaxtı Minsk şəhərində 2-ci MDB Oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, ölkəmizi təmsil edən bədii gimnastika üzrə gənclərdən ibarət qrup hərəkətləri komandamızın üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova 5 iplə hərəkətlərin icrasında bürünc medal qazanıb.