AFFA-dan ümidsiz cavab gəldi: “Qızmar yay günlərində heç bir komanda buna razı olmur”

6.08.2023 16:50
Manşet / Avrokuboklar
Bilindiyi kimi, cümə axşamı - avqustun 10-da ölkəmizdə üç avrokubok matçı keçiriləcək.

"Qarabağ" saat 20.00-da Tofiq Bəhramov adına Respblika stadionunda HİK-i, "Sabah" elə həmin saatda "Bank Respublika Arena"da “Partizan”ı, "Neftçi" isə 21.00-da "Neftçi Arena"da "Beşiktaş"ı qəbul edəcək. Oyunların eyni gündə, demək olar ki, eyni saatlarda başlaması futbol ctimaiyyətində kəskin narazılıq doğurub. Artıq xəbər verdiyimiz kimi, AFFA-nın oyunlardan birinin tarixini dəyişməklə UEFA ilə danışıqları da uğursuz bitib.

Aydındı ki, oyunlara 2, ən pis halda 1 saat ara ilə start verilə bilərdi. Görəsən, UEFA ilə danışıqlarda başlama vaxtında dəyişiklik etmək variantı niyə müzakirə olunmayıb. Bu sualı AFFA-nın mətbuat katibi Elnur Məmmədliyə ünvanladıq. Onun “Football-plus.az”a söylədikləri:

"Başqa vaxt olsa, qarşılaşmaların uyğun olaraq, 18.00, 20.00, 22.00 kimi saatlardan başlaması mümkün ola bilərdi. Lakin qızmar yay günlərində heç bir komanda buna razı olmur. Saatın dəyişdirilməsi haqda qərar vermək üçün klubların razılığı olmalıdı".


KƏNAN BAHADIR