Emreli qol vurdu, komandası qələbə qazandı - YENİLƏNİB + VİDEO

2.08.2023 20:00 311
Manşet / Çempionlar Liqası
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su "Astana"nın qonağı olub. Həmyerlimiz matça start heyətində çıxıb. O, 24-cü dəqiqədə hesabı açıb. Emreli 78-ci dəqiqədə əvəzlənib. Oyun “Dinamo”nun qələbəsi ilə nəticələnib - 2:0.

Qeyd edək ki, komandalar arasında ilk görüşdə xorvatiyalılar 4:0 hesablı qələbə qazanıb.