• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bu komandaya qarşı meydandan mübarizəsiz çıxmalı deyilik"

Manşet / Çempionlar Liqası

25-07-2023, 23:0

"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında "Rakuv"un qonağı olacaq.

"Football-plus.az" xəbər verir ki, oyundan öncə ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Bizi çox ciddi, istəkli komandaya qarşı oyun gözləyir. "Rakuv" oyun intizamı ilə digər komandalardan çox fərqlənir. Qışda Türkiyə toplanışı çərçivəsində bu rəqibə qarşı oynamışıq. Komandada xeyli dəyişiklik var. Daha intizamlı, daha keyfiyyətli olublar. Rəqibi daha yaxından tanımaq üçün sabah vaxtımız olacaq. Meydanda onların gücünə bələd olacağıq. Biz də çox ciddi hazırlaşmışıq. İstərdik ki, yaxşı oyun göstərək, yaxşı mübarizə aparaq. Bu komandaya qarşı meydandan mübarizəsiz çıxmalı deyilik. İnanıram ki, yaxşı oyunla azarkeşlərimizi sevindirə biləcəyik".

- "Qarabağ" həmişə Polşa klubları ilə oyunlarda yaxşı nəticələr göstərib. Bu dəfə isə sanki, azarkeşlərdə, mediada narahatlıq var. Siz necə düşünürsüz?
- Bəli, həm Polşa mediasında, həm bizim mediada belə fikirlər var. Bizim əvvəl oynadığımız rəqiblərlə bağlı xeyli açıqlamalar olub. Bununla belə, mən bu barədə qətiyyən düşünmürəm. Əvvəlki oyunlara necə ciddi yanaşmışıqsa, bu rəqibə də o cür ciddi yanaşırıq. Bu gün Polşa yox, başqa ölkənin komandası da olsaydı, yenə eyni cür hazır olacaqdıq. Bu gün rəqibə görə oyuna hazırlaşmışıq. Əvvəlki matçları dərindən düşünsək, bu, bizə mane ola bilər. Azarkeşlərimizin də narahatlığına ehtiyac yoxdu. Yəqin rəqib daha ciddi olduğu üçün belə narahatlıq var. Bu da tam doğrudur. Meydanda rəqibə qarşı son dəqiqələrə kimi diqqətli olmalıyıq. Həm topla, həm topsuz.

- Kevin Medinanın durumu nə yerdədi? Komandada qalacaq?
- Qısa olaraq deyim ki, bu gün bizim oyunçumuzdu, sabahkı oyuna hazırlaşır. Bizimlə bütün məşqlərdə iştirak edib.

- "Rakuv"un Polşa çempionatında növbəti oyunu təxirə salınıb. Bu, nə dərəcədə rəqibin xeyrinə ola bilər?
- Bu, əlbəttə ki, rəqibin bizə qarşı ciddi hazırlığını göstərir. "Rakuv" son vaxtlar demək olar ki, 3-4 gündən bir oyun oynayıb. Həm superkubok, həm Çempionlar Liqası, həm ölkə çempionatı. Bildiyim qədərilə federasiyaya müraciət ediblər. Bu, onların məsuliyyətindən və bizə ciddi yanaşmalarından irəli gəlir.

- Juninyonun hazırlığı nə yerdədi? Sabah oynaya bilər?
- Oynamaq ehtimalı azdı. Düzdü, komanda ilə məşqlərə başlayıb. Hələ hazırlığı o səviyyədə deyil. Belə güc, sürət tələb edən matçlarda onun oynaması risk ola bilər. Yenə də sabah həkimlərlə məsləhət edib qəti qərar verəcəyik.

- Yanvarda Türkiyədə "Rakuv"la yoxlama oyunu keçirmişdiz. Sizin fikrinizcə, hansı komanda digəri haqda daha çox məlumat əldə edib?
- Bunlar fərqli oyunlardı. Bu, Çempionlar Liqasıdı. Türkiyədəki isə hazırlıq oyunu idi. Həmin vaxt heç bir komandanın hazırlığı eyni səviyyədə ola bilməz. Sadəcə həmin matçda bu komandanın gücünü gördük. Bu gün ondan daha yaxşı komanda var. Son matçlarına baxmışıq. Meydanda bir-birini tamamlayan futbolçular var. Bacardığımız qədər məlumat topladıq, oyunçularımıza rəqibi tanıtdıq. Bu komandaya qarşı oynamaq bizim üçün maraqlı olacaq. Ola bilər ki, bizə sürprizlər yaratsınlar. Buna hazır olmalıyıq.

- Musa Qurbanlı "Yurqorden"də debüt etdi. Həmin oyunu izlədiz? İlk təəssüratlarınız necədi?
- Düzünü desəm, oyunu tam izləmədim. Həmin saatlarda məşqçimiz var idi. Sonradan bir az məlumat topladım, bir az matça baxdım. Məncə, hələ ətraflı danışmaq tezdi. İsveçə gedənə kimi çox götür-qoy etmişdik. Ümumi təəssüratlar pis deyil. Çünki, təkcə Musanın oyunu ilə yox, oradakı gedişatla, klubun iş prinsipləri maraqlanıram. Məncə, faydalı olmalıdı. Amma yenə də zaman lazımdır. Bir-iki aydan sonra daha dəqiq və ətraflı məlumat vermək olar.

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

2-11-2022, 19:0

"Keyfiyyətli komandaya qarşı oynayacağıq" - Bəhlul Mustafazadə

Premyer-liqa / Manşet

31-03-2023, 18:0

“Yaxşı oyunla qələbə qazandıq”

Çempionlar Liqası

25-07-2023, 11:0

“Qarabağ” “Rakuv”la oyun üçün Polşaya yollanıb

Manşet / Çempionlar Liqası

10-07-2023, 21:0

"Linkoln"u tam yaxından tanıya bilmədik"

Manşet / Avropa Liqası

5-10-2022, 18:0

"Meydanda daha çox mübarizə aparmalıyıq" - Qurban Qurbanov

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Bu gün, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Bu gün, 21:39
    Bolonyada qərar tutdu
  • Bu gün, 21:28
    İstefası qaçılmaz oldu
  • Bu gün, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Bu gün, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Bu gün, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Bu gün, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Bu gün, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Bu gün, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Bu gün, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Bu gün, 15:54
    İranlılara viza verildi
  • Bu gün, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Bu gün, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Bu gün, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Bu gün, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Bu gün, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Bu gün, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Bu gün, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Bu gün, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Bu gün, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Bu gün, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Bu gün, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
Daha çox
Oxunub: 683
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 236
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə