• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İsko karyerasını vərəqlədi və səhvlərindən danışdı - MÜSAHİBƏ

Dünya futbolu / Müsahibə

25-07-2023, 19:0

Son dönəmlərdə gözdən itən futbolçulardan biri də İskodu.

"Football-plus.az" xəbər verir ki, uzun illər “Real”dakı çıxışı ilə xatırladığımız məşhur yarımmüdafiəçi 7 aydan çoxdu klubsuzdu. Halbuki onun cəmi 31 yaşı var. “Real” ilə 5 ÇL daxil olmaqla saysız-hesabsız uğurlar qazanan təcrübəli oyunçu ötən yay “Sevilya”ya yollansa da, burdakı macərası çox qısa çəkdi. Türkiyə və Səudiyyə Ərəbistanından ciddi təkliflər almasına baxmayaraq, İsko hələ də düşünür. İspaniyanın məşhur “Marca” nəşri bugünlərdə ondan geniş müsahibə götürüb. İsko Madriddə keçirdiyi illərdən, uğursuz “Sevilya” macərasından və başqa məqamlardan danışıb.

- 5 ildi mətbuatdan qaçırsan. Bunun səbəbi nədi?
- Gündəmdə olmaq istəmirdim. Həm də son vaxtlar idman jurnalistikasının işi xoşuma gəlmir. Ortaya fakt qoymadan və əllərində sübut olmadan istədiklərini yazırlar (2021/22-nin sonlarında İsko “Real”da başverənləri və oyunların start heyətlərini mətbuata ötürməkdə günahlandırılmışdı – Ə.R.). Belə şeylər insana toxunur. Mənə də, ailəmə də, övladlarıma da acı yaşatdıqları üçün onlardan kənar durmağa çalışırdım.

- Belə çıxır ki, şayiələr yayılarkən özün bilərəkdən susurdun?
- Bəli. Bu süni oyunun bir parçası olmaq istəmirdim. Amma sonra başa düşdüm ki, bu, səhv addımdı. Mən susduqca insanlar haqqımda yazılanların həqiqət olduğunu düşünməyə başlayırdılar. Amma dərhal hər şeyi təkzib etməliydim, onlar həqiqəti mənim dilimdən eşitməliydilər. Bəzən mətbuatla ünsiyyət içindəkini çölə çıxarmaq, psixoloji cəhətdən rahatlaşmaq üçün də yaxşıdı.

- Yeni mövsümə hazırlığı fərdi şəkildə “Crys Diaz & Co” məşq mərkəzində davam etdirirsən. Həftədə neçə dəfə bura gəlirsən?
- Həftədə 5 dəfə hər səhər bura gəlirəm. Günün ikinci yarısı və şənbə, bazar günləri üçün isə şəxsi məşqçimin proqramına əsasən çalışıram.

- Tək məşq etmək çətin deyil?
- Əlbəttə çətindi. Düzdü, bura gəlib başqa adamlarla ünsiyyətdə oluram, vaxtımı xoş keçirirəm. Bu, mənim üçün yeni təcrübədi. Amma topla olan məşqlər, turnirlər, rəsmi oyunlar, paltardəyişmə otağındakı ab-hava üçün darıxmışam. Yəni özümü yenidən tam futbolçu hesab etmək istəyirəm. Düzdü, təkliflər var. Amma buna qədər bəzi səhv addımlar atdığım üçün budəfəki addımımın üzərində ciddi şəkildə düşünməliyəm. Qısası, böyük futbola qayıdışımı səbirsizliklə gözləyirəm.

- Necə təklif gözləyirsən?
- Karyeramın elə bir dönəmindəyəm ki, oyundan zövq almaq istəyirəm. Çünki bütün əsas titulları qazanmışam. Maraqlı, hücumameyilli tərzi olan bir komandaya keçmək istəyirəm. Hələ futbolda son sözümü deməmişəm və bunu sübut etmək istəyirəm. Pul mənim üçün heç vaxt prioritet olmayıb. Belə olsaydı, ötən yay “Sevilya”ya yollanmazdım.

- Karyeranda nə üçün belə boşluq yarandı?
- Lopeteqi məni “Sevilya”ya dəvət edəndə, bunun yaxşı variant olacağını düşündüm. Çünki bir-birimizi çoxdan tanıyırdıq. Onun oyun fəlsəfəsi də xoşuma gəlirdi. Həm də “Sevilya” əla komanda idi və ÇL-də oynamağa hazırlaşırdı.

- Bəs Lopeteqi qovulandan sonra nə baş verdi?
- Lopeteqini Sampaoli əvəzlədi. Qış transfer dönəmi yaxınlaşırdı və klubda qəribə şeylər baş verməyə başladı. Əvvəlcə menecerimi çağırıb gələcəyimi müzakirə etməyə çalışdılar. Yəni onlara lazım deyildim. Amma bunu ən birinci mənə deməliydilər. Bu barədə xəbər tutan kimi birbaşa idman direktoru Monçinin yanına yollandım. Ona ''məni sevib-sevmədiyini bilmirəm, amma mənimlə səmimi ol. Hər şeyi problemsiz həll edə bilərik'' dedim. Komandada həqiqətən maddi problemlərin olub-olmadığını bilmirəm. Amma həmin söhbətimizdən sonra hər şey dəyişdi. Monçi mətbuata açıqlamasında mənim ayrılmaq istədiyimi dedi. Amma bu, ağ yalan idi! Hər gün mənə və menecerimə zəng vuraraq müqaviləni pozmağımızı istəyirdi. Bizə təzyiq göstərməuə çalışırdı. Buna görə də yenidən onun yanına yollandım. Ona insanlara yalan danışdığını dedim. Çünki mən ayrılmaq yox, klubda qalmaq istəyirdim. Aramızda ciddi mübahisə yarandı. Bunu ilk dəfə mətbuata açıqlayıram. Monçi haqda düşündüyüm hər şeyi onun üzünə söylədim və futbol dünyasında tanıdığım ən yalançı insan olduğunu dedim! Üstümə gəlib boğazımdan yapışdı. Ətrafdakılar bizi ayırdılar. Bu hadisədən sonra bir dəqiqə də ''Sevilya''da qalmaq istəmədim. Halbuki həm komanda yoldaşlarım, həm də fanatlar ilə münasibətlərim yaxşı idi. Amma idman direktoru üstümə hücum çəkən, üstəlik buna görə üzrxahlıq etməyən bir klubda özümü rahat hiss edə bilməzdim.

- Bu hadisə ofisdə baş verdi?
- Hadisə məşqdən sonra paltardəyişmə otağına yollandığımız zaman baş verdi.

- Bəs sənin buna reaksiyan necə oldu?
- Boğazımdan yapışanda mən də təbii ki, onu itələdim. Sonra mühafizəçilər bizi ayırdı. Bilirdim ki, Monçi üçün də, klub üçün də çətin vəziyyət idi. Amma onun çərçivəni aşmasını qəbul edə bilməzdim. O vaxt Sevilyada yerli nəşrlər həqiqəti bilmədən mənim “gəmini” çətin durumda qoyub qaçdığımı yazdılar. Amma bu, mənim xarakterimə uyğun deyil. “Real”da uzun illər oynamışam və dəfələrlə əsas heyət uğrunda gərgin mübarizə aparmışam. Mən heç vaxt bu cür mübarizələrdən çəkilməmişəm.

- Həmin gün evə hansı hisslərlə yollandın?
- Çox üzgün idim. “Sevilya”ya Lopeteqiyə görə yollanmışdım. Mənə iddialı olduqlarını və komandada yaxşı ab-hava olduğunu demişdi. Çox sevinmişdim. Hətta “Real”dakı qazancımın 4 dəfə azalmasına da razı olmuşdum. Amma ora ayaq basan kimi anladım ki, Monçi ilk gündən bu transferə qarşı imiş. O, məni “Sevilya”da görmək istəmirdi. Ailəmi, 3 uşağımı götürüb böyük ümidlərlə ora yollanmışdım. Cəmi bir neçə aydan sonra hər şey məhv oldu və yarımçıq qaldı…

- Sonra “Union” məsələsi ortaya çıxdı. Orda nə baş verdi? Nə üçün son gündə keçid baş tutmadı
- Bəlkə də bəziləri dediklərimi bəhanə kimi qəbul edəcək. Amma ''Union'' məsələsində də həqiqətləri açıqlamaq istəyirəm. Menecerim “pəncərənin bağlanmasına” bir gün qalmış zəng vuraraq Almaniyadan ''1+1'' illik yaxşı bir təklifin olduğunu dedi. Düşünmək və məsləhətləşmək üçün vaxt istədim. ''Union'' həm bundesliqada, həm də Avropa Liqasında yaxşı çıxış edirdi. Müqavilənin şərtləri də sərfəli idi. Mənə göndərilən müqavilə sənədini vəkilimə də göstərdim, hər şey qaydasında idi. Əşyalarımı toplayıb Berlinə tək yollandım. Çünki cəmi 4 saat vaxtım var idi. Bu müddət ərzində ailəm üçün də səfər təşkil etmək, uşaqları yerbəyer etmək çətin idi. Məni Almaniyada klub rəsmisi qarşıladı və gülərüz şəkildə jurnalistlərə uzaqdan əl salladım. Növbəti gün tibbi müayinədən keçərkən problemlər başladı. Əvvəlcə mənə dedilər ki, adım avrokubokların iştirak ərizəsinə salınmayacaq. Dedim ki, bunu mənə indi niyə deyirsiz? Sona qədər əllərindən gələni etdiklərini, amma alınmadığını dedilər. Sonra tibbi müayinədə ortaya nəsə problemlər atdılar. Çox absurd bir durum idi. Bunu “Sevilya”nın həkimləri də təsdiq edə bilər. Fiziki cəhətdən bəlkə də karyeramın ən yaxşı dönəmlərindən birində idim. Səbrimi daşıran son məqam isə o oldu ki, mənə zəng vurub müqavilənin şərtlərinə yenidən baxmaq, yəni məvacibi azaltmaq istədiklərini söylədilər. Bu artıq mənə qarşı hörmətsizlik idi! Mənim 18 yaşım yoxdu. Və bu, mənim karyeramdakı ilk müqavilə deyil. Özümə qarşı belə münasibəti qəbul edə bilməzdim. Artıq bu layihə gözümdən düşdü və İspaniyaya qayıtdım. Halbuki ora böyük ümidlərlə yollanmışdım…

- Sonra da psixoloq yanına yollandın.
- Düşündüm ki, hər şeyə yenidən başlamalıyam. Artıq psixoloji cəhətdən yeni bir çağırışa hazır deyildim. Dayanmaq, hər şeyi düşünmək, beynimdə başverənləri və həyatımı qaydaya salmaq istədim. Belə anlarda peşəkar insanın köməyinə ehtiyac olur. Psixoloq mənə hisslərimi, ətrafdakılarla münasibətlərimi qaydaya salmaq baxımından xeyli yardım etdi. İndi hər şey qaydasındadı. Başıma gələn pis şeyləri unudub yaxşı şeylər haqda düşünmək və bundan sonra baş verəcəklərə köklənmək istəyirəm.

- Qayıdaq “Real”dakı illərə. Sənin üçün hər şeyin 2018-də dəyişdiyini söyləmək olarmı? Həm appendisitdən əməliyyat olundun, həm də Lopeteqi qovuldu və onun yerinə Solari gəldi.
- Bilirsiz, mən “Real”da həmişə çətinliklərə qalib gəlməyi bacarırdım. 2 dəfə ÇL-in finalında, eləcə də digər vacib oyunlarda start heyətində oynamışam. 2018-ə qədər qazanılan bütün önəmli titullarda mənim də əməyim olub. Bəlkə də səhvim onda oldu ki, 2018-də “Real”ı tərk etməliydim. Amma dünyanın ən böyük klubundan ayrılmaq çox çətindi. Heç kim ordan ayrılmaq istəmir. Bunu tək mən yox, bir çox oyunçular yaşayıb. Əməliyyat çətin keçdi və həkimlər ən azı 1 ay topa toxunmamalı olduğumu dedilər. Amma mən 20 gündən sonra artıq oynayırdım. Solarinin təyinatı ilə sanki “Real”da İsko adlı oyunçunun üstündən xətt çəkildi. Taleyim heç kimi maraqlandırmırdı. Demək olar, oynamırdım. Səbəbini də bilmirdim. Solari vacib oyunlarda heç məni iştirak ərizəsinə də salmırdı. Məsələn, ÇL-də “Roma ilə səfər oyunu üçün İtaliyaya yollansam da, matçı tribunadan izləməli oldum. Həmin vaxt özümdə güc tapıb ayrılmalıydım. Sadəcə əvvəlki illərdə belə çətinliklərin öhdəsindən gəldiyim üçün, düşündüm ki, bu dəfə də bacaracam. Amma bu dəfə hər şey başqa cür idi.

- Zidan qayıdandan sonra da heç nə dəyişmədi?
- Zidan mövsümün sonlarına yaxın qayıtdı. Artıq psixoloji cəhətdən çökmüşdüm. Amma növbəti mövsüm o mənə yenə də bəzi vacib matçlarda şans verdi. PSJ-yə, “Barselona”ya qarşı oyunlarda iştirak etdim. Hətta Çl-də “Siti”yə qol da vurdum. Əvvəlki İskonun qayıtdığına özüm də inanmağa başlamışdım. Amma bu dəfə araya pandemiya girdi. Pandemiyadan sonra oynamadım. Madriddəki günlərimin başa çatdığını hiss edirdim. Karlo Ançelotti ilə mövsüm ərzində start heyətində cəmi 2-3 oyuna çıxdım. Amma o, mənimlə hər zaman dürüst davrandı. Karyeramın qırılma anı 2018-ci il oldu. DÇ-2018-dən sonra mənim üçün işlər qaydasında getmədi. Düzdü, “Real” DÇ ərəfəsində mənimlə müqaviləni yenilədi. Çünki buna layiq idim və müqaviləmin bitməsinə bir il qalmışdı. Digər tərəfdən mənə təkliflər çox idi. Rəhbərlik əzəli rəqiblərdən birinə keçməyimi istəmirdi.

- “Barselona”dan gələn təklifi nəzərdə tutursan?
- Bəli. Bartomeo özü mənə zəng vurdu. Üstəlik kifayət qədər ciddi pullar təklif edirdi. Amma o dönəmdə “Real”da xoşbəxt idim. İnanılmaz komandamız var idi və paltardəyişmə otağında əla ab-hava hökm sürürdü. Bu, arzularımın komandası idi və həmin komanda ilə hər şey qazandım. “Real”ı hətta dünyanın bütün qızılları qarşılığında da tərk etməzdim. Çünki Madriddəki qədər başqa heç yerdə xoşbəxt olmayacağımı bilirdim.

- Pandemiya vaxtı üzərində yetərincə çalışmamağınla razısanmı?
- Bəli. Nə olacağını, futbolun nə vaxt qayıdacağını heç kim bilmirdi. Qeyri-müəyyənlik idi. Ona görə də özümə azadlıq verdim. Bir müddət peşəkar həyatdan uzaqlaşdım. Evdə tələb olunan qədər məşq etmirdim. Sonradan bu, təbii ki, özünü biruzə verməyə başladı. Futbol kimi rəqabətcil dünyada, fiziki göstəricilərin böyük önəm daşıdığı vaxtda bunu etməməliydim. Bunun acısını çox çəkdim. Amma digər tərəfdən bu hadisə məni daha da güclü etdi.

- İskonu transfer edəcək komanda bundan nə qazanacaq?
- Həmin komanda məşq etməyi xoşlayan, özünü göstərmək və futbol oynamaq üçün darıxan bir İsko əldə edəcək. Hələ də çox motivasiyalıyam. Elə yaşdayam ki, ən yüksək səviyyədə oynaya, vacib qollar vura bilərəm. Zədələr də məni artıq narahat etmir. Psixoloji və fiziki cəhətdən yaxşı durumdayam.

- İspaniyada qalmağı planlaşdırırsan?
- İtaliya, Türkiyə, Səudiyyə Ərəbistanından təkliflər olanda psixoloji cəhətdən bu ölkələrə yollanmağa hazır deyildim. Amma indi legioner həyatı yaşamağa hazıram. İspaniyada Malaqa, Valensiya, Sevilya və Madrid kimi önəmli şəhərlərdə oynamışam. İndi başqa ölkənin çempionatını, mədəniyyətini, dilini öyrənmək baxımından bəlkə də ən ideal zamandı. Qapılarım heç kim üçün bağlı deyil.

- Karyeranda həyata keçməyən bir arzu qalıbmı?
- Artıq bu haqda danışmaq bəlkə də gecdi. Amma yığmanın heyətində də nəsə qazanmaq istərdim. Ümumiyyətlə, yığma karyeram tam istədiyim kimi keçmədi. Bu da içimdə bir yara kimi qalıb. Çünki cəmi bir nəhəng turnirdə - DÇ-2018-də iştirak etmişəm. Avropa çempionatında oynamaq mənə qismət olmadı.

- Amma qayıtmağa çalışmaq yaxşı çağırışdı.
- Niyə də yox?! Əvvəlkij illərdə Xesus Navas, Kasorla, Albiol kimi futbolçular müəyyən fasilədən sonra yığmaya qayıtmağa müvəffəq olmuşdular. Yəni önümdə bu cür misallar var. Mən də ümidimi itirmirəm. Futbolla gözəl şəkildə vidalaşmaq istəyirəm.

- Uşaqlarından birinin futbolla məşğul olmasını istərdinmi?
- Kişi üçün futbol gözəl işdi. Çünki çoxlu insanlarla qarşılaşırsan, yüzlərlə ölkəyə, şəhərə səyahət edirsən. Futbol həqiqətən də çox gözəl idman növüdü. Nəyi seçmələrindən asılı olmayaraq, onları dəstəkləyəcəyik. Futbolu ən çox böyük oğlum sevir. Həmişə oyunlarımın videolarına, qollarına baxır. Mənimlə səyahət etməyi xoşlayır. Mükəmməl yaddaşı var. Hətta Kiyevdəki finalı da xatırlayır. Ona “narahat olma oğlum, tezliklə qayıdacam və yenidən oyunumdan zövq alacaqsan. Birlikdə səyahət edəcəyik” deyirəm.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-12-2022, 17:0

"Sevilya" İsko ilə yolları ayırır

Dünya futbolu

16-10-2022, 12:0

İsko Neymarı geridə qoydu

Dünya futbolu

21-05-2022, 14:0

İsko ilə bağlı qərar verildi

Dünya futbolu

7-08-2022, 14:0

İsko "Sevilya"da

Aktual
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
Son xəbərlər
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Dünən, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Dünən, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Dünən, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Dünən, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Dünən, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Dünən, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Dünən, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Dünən, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Dünən, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • 24-05-2026, 23:0
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • 24-05-2026, 23:0
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • 24-05-2026, 23:0
    "Şamaxı"nın legioneri millidə
  • 24-05-2026, 22:0
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • 24-05-2026, 22:0
    Marseldən Milana qayıdacaq
  • 24-05-2026, 22:0
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
  • 24-05-2026, 20:0
    Mourinyonun təyinatı niyə təxirə düşəcək?
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 211
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 204
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə